Embiid yeni mövsüm öncəsi azarkeşləri həyəcanlandırdı
“Filadelfiya”nın ulduz basketbolçusu Coel Embiid NBA-nın 2026-cı il yay transfer dövründə komandanın heyətini gücləndirməsindən sonra iddialı paylaşım edib.
TodayPress TV xəbər verir ki, təcrübəli mərkəz oyunçusu sosial şəbəkədə etdiyi paylaşımda yeni mövsümlə bağlı nikbin olduğunu gizlətməyib.
“Oktyabrla bağlı çox yaxşı hisslərim var... Pley-off çox əyləncəli olacaq!” – deyə Embiid yazıb.
Xatırladaq ki, iyulun əvvəlində baş tutan Ceylen Braun mübadiləsi yay transfer pəncərəsinin ən səs-küylü keçidlərindən biri olub. Mübadilə nəticəsində “Boston Seltiks” Pol Corcu, 2028 və 2031-ci illərin birinci raund draft seçimlərini, həmçinin iki ikinci raund seçimini əldə edib.
Bundan başqa, dördqat NBA çempionu Lebron Ceyms “Filadelfiya” ilə iki illik, ümumi dəyəri 8 milyon dollar olan veteran minimumu müqaviləsi imzalayıb.
Lebronun transferində Coel Embiid, Tayriz Maksi və Ceylen Braun mühüm rol oynayıblar. Onlar danışıqlar zamanı basketbolçu ilə daim əlaqə saxlayıblar. Embiid isə söhbətlərdən birində zədələrdən uzaq qalmaq və komandanı çempionluğa aparmaq üçün ən yaxşı fiziki formasını bərpa edəcəyinə söz verib.
Namiq HUN