Dünya çempionatının ulduzuna xüsusi imtiyaz verildi!

Dünya çempionatının ulduzuna xüsusi imtiyaz verildi!
04.08.2026 13:04 İdman

Çili Futbol Federasiyası Vozinyaya “Kolo-Kolo”da ləqəbi ilə çıxış etməyə icazə verib.

TodayPress TV ESPN-ə istinadən xəbər verir ki, Çili çempionatının qaydalarına əsasən futbolçuların formalarında yalnız rəsmi soyadları göstərilməlidir.

Lakin əsl adı Jozimar Joze Evora Diaş olan 40 yaşlı qolkiper son dünya çempionatındakı çıxışından sonra məhz “Vozinya” ləqəbi ilə geniş tanınıb.

Bildirilir ki, mundialdakı uğurlu performansından sonra onun sosial şəbəkələrdəki izləyici sayı bir neçə mindən milyonlara yüksəlib.

Çili Futbol Federasiyası digər klubların da razılığı ilə bu qaydada istisna tətbiq edib. Qərar həm “Kolo-Kolo”, həm də futbolçunun özü tərəfindən dəstəklənib.

Kabo-Verde millisinin qapıçısı Vozinya Çilinin “Kolo-Kolo” klubu ilə mövsümün sonunadək nəzərdə tutulan müqaviləyə imza atıb.

Qeyd edək ki, qolkiper son olaraq Portuqaliyanın “Şaveş” klubunda çıxış edib. O, son mundialda Kabo-Verde millisi ilə 1/8 finala yüksəlib. Komanda bu mərhələdə əlavə vaxtda Argentinaya 2:3 hesabı ilə məğlub olub. Vozinya turnirdə keçirdiyi dörd oyunda beş qol buraxıb və FIFA azarkeşlərinin səsverməsinə əsasən mundialın rəmzi komandasının qapıçısı seçilib.

Namiq HUN

TodayPress TV

NEWS FEED
04 AUGUST 2026
İtaliyada zəlzələdən sonra qatarların hərəkəti dayandırıldı 15:32 Elvin Yunuszadə karyerasında yeni səhifə açdı! 15:34 Yuxusuzluqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ: Yaşadığınız küçə yuxunuza təsir edir 15:23 Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi? 15:05 Hüseyn Həsənov barəsində həbs qərarı verildi 15:02 Ukraynanı vurmağa çox az qalmışdı - İRANLI GENERAL DANIŞDI 14:41 Rodri “Barselona”nın transfer planını alt-üst etdi 14:42 Sabahdan bu rayonlarda qaz olmayacaq 14:39 Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqlədi 14:27 Norrisdən iddialı açıqlama: “Formula-1” tarix yazır! 14:23 Kartdan-karta köçürməyə limit - Xeyriyyə kampaniyalarına necə təsir edəcək? 14:20 "Nizami" və "28 May" arasında avtobuslar ödənişli olacaq? 14:15 İsveçrə XİN rəhbəri: Minaların təmizlənməsi Azərbaycanın üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir 14:04 Azərbaycan və Ermənistanın birgə müraciəti nəticə verdi – Ceyhun Bayramov 13:52 ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır 13:33 150 ballıq qəbul qaydalarında dəyişiklik: Ekspertdən DİM-ə irad 13:30 Ter Ştegenin yeni ünvanı rəsmən bəlli oldu! 13:26 XİN başçısı: ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür 13:23 Rusiya Ermənistan mənşəli minlərlə içkini blokladı 13:14 Sabahın havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:09 Dünya çempionatının ulduzuna xüsusi imtiyaz verildi! 13:04 Culfaya yeni icra başçısı təyin edildi 13:01 Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi 13:00 Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olundu 12:58 İsak Hacar Ferstappenə heyranlığını gizlətmədi! 12:57 All News