Dram, rekord və tarix: “Qarabağ” Avropada yeni zirvədə

Dram, rekord və tarix: “Qarabağ” Avropada yeni zirvədə
29.01.2026 09:20 İdman

Bir seriya başa çatdı, amma Çempionlar Liqasında dram hələ yeni başlayır. Növbəti tarixini isə “Qarabağ” üçün “Enfild” fiaskosu yazdı. Daha dəqiq desək, çempionumuz üçün Liqa mərhələsinin son ştrixi “pley-off”a həsrət qalan mövsümi tanışların köməyi ilə tamamlandı.

Bonus paket “köhlən atlar”a “Atletik Bilbao”, “Napoli” və “Kopenhagen”dən gəldi. Bəli, “Qarabağ” mersisaydlılardan aldığı 0:6 hesablı ağır məğlubiyyətə baxmayaraq, Avropanın ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə vəsiqə qazanmağı bacardı.

Qollar var, rekordlar da yerindədir. Belə ki, “Qarabağ” son 10 il ərzində MDB klubları ilə müqayisə olunmayan bir uğura imza atdı. Azərbaycan çempionu 10 il ərzində Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn ilk MDB komandası oldu.

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan son MDB klubu 2016-cı ildə 1/8 finala yüksələn Rusiyanın “Zenit”i olmuşdu.

Bundan başqa, tarixdə ilk dəfə olaraq Azərbaycandan bir komanda Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlmək üçün pley-offda mübarizə aparacaq.

Liqa mərhələsini 22-ci pillədə başa vuran Ağdam təmsilçisinin pley-offdakı rəqibi yanvarın 30-da keçiriləcək püşkatmadan sonra bəlli olacaq. Kor püşk “Qarabağ”ı ya PSJ, ya da “Nyukasl Yunayted”lə üz-üzə qoya bilər.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin oyunları fevralın 17–18-də və 24–25-də keçiriləcək.

Namiq HUN

NEWS FEED
30 JULY 2026
Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 All News