Diomand transferi baş tutmadı: səbəb fantastik qiymət oldu

Diomand transferi baş tutmadı: səbəb fantastik qiymət oldu
29.07.2026 08:36 İdman

“Barselona” klubu yüksək transfer qiymətinə görə Yan Diomandın keçidindən imtina edib.

TodayPress TV “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bir neçə ay əvvəl “Leypsiq”in hücumçusu Yan Diomandla maraqlanıb və alman təmsilçisindən futbolçu ilə bağlı məlumat alıb.

Bildirilir ki, “Leypsiq” Fil Dişi Sahili millisinin üzvü üçün 100 milyon avrodan çox transfer haqqı tələb edib. Bu səbəbdən “Barselona” transferdən imtina edərək diqqətini Entoni Qordonun keçidinə yönəldib.

Yan Diomand 2025-ci ildən “Leypsiq”in formasını geyinir. O, 2025/2026-cı illər mövsümündə bütün turnirlərdə keçirdiyi 36 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt portalında futbolçunun bazar dəyəri 90 milyon avro qiymətləndirilir. Onun Almaniya klubu ilə müqaviləsinin müddəti daha dörd il qüvvədədir.

Qeyd edək ki, 23 yaşlı hücumçu son dünya çempionatında dörd oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, daha əvvəl insayder Fabrizio Romano PSJ və “Real Madrid”in də Yan Diomandın transferi uğrunda mübarizə apardığını bildirmişdi.

Namiq HUN

NEWS FEED
29 JULY 2026
Qızıl uğur! Sona Ağayeva beynəlxalq turnirdə zirvəyə yüksəldi 12:03 Paşinyan Putinə təcili zəng etdi - Nə danışıblar ? 12:01 NBA təcrübəli məşqçi “Gəncə”nin sükanı arxasına keçdi 11:56 Tikilməkdə olan bina uçmağa başlayıb - VİDEO 11:50 Ev quşlarının kütləvi tələfatı - Cənub bölgəsində baş verənlər 11:35 "Sudan səbəblər"dən Sudanda başlayan müharibə ara vermir 11:28 Vətənə xəyanət edənlərin Hacıyevə hücumu kimin sifarişidir? 11:23 “SİMA İmza”nın üztanıma həlli kirayə mənzil seçimində tətbiq olunacaq 11:15 Neft 81 dollar oldu 11:13 Döyüş dünyasını sarsıdan xəbər: Entoni Smit saxlanıldı 11:00 Fransızlar kralın deputatına atəş açdılar, təlim edirik dedilər 10:50 Buzovnada avtobusla yük avtomobili toqquşdu - GÖRÜNTÜLƏR 10:44 Qızıl ucuzlaşdı, gümüş bahalaşdı 10:39 Putin o qədər narahat oldu ki, Özbəkistan və Qazaxıstanla bağladığı müqaviləni dəyişdi 10:25 Universitetlərə ixtisas seçiminin başlayacağı tarix bilindi 10:20 Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər 10:09 Ruslar Ermənistana qaçmağa başladılar - Putinin müharibə qorxusu başına bəla oldu 10:07 U-17 mundialında həlledici gün: Güləşçilərimiz medal ovunda 09:55 Azərbaycan nefti 4 dollardan çox ucuzlaşdı 09:48 Dünya çempionunun transferi iflasın bir addımlığındadır 09:32 Embiid yeni mövsüm öncəsi azarkeşləri həyəcanlandırdı 09:22 Bu günün valyuta məzənnələri 09:21 “Dünya çempionatı satılmır!” – Baş nazirdən FIFA-ya sərt mesaj 09:17 Sükut bitdi! - SEPAH ABŞ bazasına raket yağdırdı 09:11 Gecə Yaxın Şərqdə nələr baş verdi? – Bazalar vuruldu -VİDEO 08:57 All News