DÇ-26: Belçika 1/4 finala vəsiqə qazandı

DÇ-26: Belçika 1/4 finala vəsiqə qazandı
07.07.2026 08:14 İdman

2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.

TodayPress TV xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında ABŞ və Belçika milliləri üz-üzə gəliblər.

Görüş Bakı vaxtı ilə saat 04:00-da start götürüb.

Matça Belçika millisi qolla başlayıb. 9-cu dəqiqədə De Ketelare hesabı açıb: 1:0.

31-ci dəqiqədə ABŞ bərabərlik qolunu vurub. Tillman cərimə zərbəsindən baxımlı qola imza atıb.

2 dəqiqə sonra Belçika yenidən hesabda önə keçib. De Ketelare bu dəfə başla fərqlənərək özünün və komandasının 2-ci qolunu vurub.

İlk hissə Belçikanın üstünlüyü ilə başa çatıb: 2:1.

57-ci dəqiqədə avropalılar 3-cü qolu vurub. Vanaken hesabı 3:1 edib.

Oyunun son dəqiqələrində hesab 4:1 olub. Romelu Lukaku topu rəqib qapısından keçirərək yekun hesabı müəyyənləşdirib.

Matçda başqa qol olmayıb və Belçika millisi adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, Belçika 1/4 finalda İspaniya ilə qarşılaşacaq.

TodayPress TV

NEWS FEED
07 JULY 2026
Çində hava fəlakəti: 8 nəfər öldü, 1 nəfər itkin düşdü 10:06 ABŞ geri addım atdı – "F-35"lər Türkiyəyə verilir? 10:01 "Dostum Ərdoğan" xatirinə... – ABŞ prezidenti alyansa olan nifrətini necə boğdu? 09:46 Moskva iki ilin ən böyük şokunu yaşadı 09:36 Xameneinin cənazəsi Quma aparıldı - VİDEO 09:34 "Sabah" UEFA Çempionlar Liqasında ilk oyununa çıxacaq 09:22 Yağış yağır, külək əsir - FAKTİKİ HAVA 09:34 ABŞ-nin qərarı Braziliyada narahatlıq yaradıb: Hərbi əməliyyat riski var 08:59 Ukrayna Belqoroda zərbə endirdi: Qaz obyekti partladı - VİDEO 08:37 Tramp Türkiyəyə getdi - VİDEO 08:26 DÇ-26: Belçika 1/4 finala vəsiqə qazandı 08:14 Çin Sakit Okeanda raket buraxdı 00:06 Estoniya rus idmançılarını buraxmadı, Avropa çempionatını itirdi 21:19 Yaş artdıqca qarın piyinin yığılmasının sirri açıldı 22:54 Bu meyvəni çox yemək təhlükəli ola bilər – Həkimlər səbəbini AÇIQLADI 22:42 Kuba qaranlığa qərq oldu 00:56 Rusiyadan Ermənistana işıq gətirən TƏKLİF 00:35 DÇ-2026: İspaniya 1/4 finala yüksəldi - YENİLƏNDİ 23:03 Rusiya “Nova Poçta” terminalına zərbə endirdi - VİDEO 23:54 Ukraynalı uşaqlar Bakıya gətirildi 00:21 Makron Əsədin devrilməsindən sonra Suriyaya səfər edən ilk Qərb lideri oldu 00:01 Netanyahu Trampdan Türkiyə ilə bağlı bunu xahiş etdi 23:23 Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO 23:18 “2020 seçkiləri kimi…” - Trampın Belçika oyunu ilə bağlı sözləri gündəm oldu 22:33 PUA hücumu şəhəri ayağa qaldırdı – Sakinlər kütləvi şəkildə AYS-lərə üz tutdu - VİDEO 22:22 All News