DÇ-2026 ilə bağlı 16 ton saxta forma müsadirə edildi

DÇ-2026 ilə bağlı 16 ton saxta forma müsadirə edildi
17.06.2026 22:40 İdman

İspaniya Milli Polisi INTERPOL (Beynəlxalq Cinayət Polisi Təşkilatı), EUROPOL (Avropa İttifaqının Polis Xidməti), EUIPO (Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsi) və OLAF (Avropa Fırıldaqçılıqla Mübarizə Bürosu) ilə birgə əməliyyat zamanı 66 mindən çox saxta futbol köynəyi və milli komandaların forma dəstlərini müsadirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Müsadirə edilmiş saxta məhsulların ümumi çəkisi 16 ton təşkil edib. Əməliyyat zamanı sənaye mülkiyyəti hüquqlarının pozulması ilə bağlı cinayətlərdə şübhəli bilinən 95 nəfər saxlanılıb.

Axtarışlar İspaniyanın 15-dən çox məntəqəsində, o cümlədən Madrid, Barselona, Malaqa, həmçinin Elçe və Deniya (Alikante vilayəti) şəhərlərində aparılıb. 2026-cı ilin aprelində, dünya çempionatı ərəfəsində hüquq-mühafizə orqanları İspaniyaya daxil olması planlaşdırılan böyük həcmdə saxta məhsul axınını müəyyən ediblər. Onların əsas hissəsini İspaniya millisinin formasının nüsxələri təşkil edib. Saxta malların bazarlarda, küçə ticarətində, elektron ticarət platformalarında və sosial şəbəkələr vasitəsilə satılması planlaşdırılırmış.

Müsadirə olunan məhsulların qara bazardakı dəyəri iki milyon avro qiymətləndirilir. Oxşar əməliyyatlar digər ölkələrdə də keçirilib. Belə ki, Kanadada Toronto polisi FIFA loqoları olan 16 mindən çox saxta futbol köynəyi və bayrağı, həmçinin dünya çempionatının iki saxta kubokunu müsadirə edib. Honkonqda isə polis əməliyyatı zamanı təxminən 230 min saxta məhsul, o cümlədən 30 minə yaxın futbol köynəyi, butslar, qapıçı əlcəkləri və çantalar müsadirə olunub.

TodayPress TV

NEWS FEED
17 JUNE 2026
Bu dəfə ölkə birinciləri onlardır - FOTOLAR 23:13 Yəmən sahillərində gəmiyə silahlı hücum edildi 23:13 ABŞ–İran sazişinin detalları açıqlandı: 14 maddəlik memorandum dərc edildi 23:11 DÇ-2026: Portuqaliya-Konqo oyununda qalib müəyyənləşmədi 23:04 "HƏMAS"ın daha bir komandiri ÖLDÜRÜLDÜ 22:17 Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir? 22:41 DÇ-2026 ilə bağlı 16 ton saxta forma müsadirə edildi 20:50 Ağır qəzada həlak olan Məryəmin orqanları altı nəfərə həyat verdi - VİDEO 22:33 Putin Fidanı dərhal qəbul etdi: Bağlı qapılar arxasından Zelenskiyə minnətçi düşdülər 22:25 Ronaldu ən yaşlı meydan oyunçusu OLDU 21:46 "Qarabağ" Bruno Lanqanı transfer etdi 22:05 Aİ sammiti öncəsi Ukrayna planı: Meloni yeni nümayəndə irəli sürməyə hazırlaşır 21:28 Ağ Ev lideri iki ölkəyə təşəkkür etdi 21:25 Fransa hökuməti ittiham olundu - Səbəb nədir? 21:18 ABŞ–İran anlaşması bir addımlıqda: Pakistan və Türkiyə prosesə dair fikir mübadiləsi apardı 21:18 Danışıqlar uğursuz olarsa nə baş verəcək? - Tramp açıqladı 20:25 Qaydaları pozduqlarına görə 12 nəfər imtahandan xaric olundu 20:22 İran və ABŞ arasında saziş bu tarixdə imzalana bilər - Tramp açıqladı 20:45 Tramp: "Rusiyaya qarşı yeni sanksiyalar neftin qiymətindən asılı olacaq" 20:01 ADSEA-dan su ehtiyatları ilə bağlı vacib XƏBƏRDARLIQ 20:10 Qəbul imtahanında maksimum nəticə göstərən şagirdlərin adları açıqlandı 20:30 Prezident Administrasiyasının rəhbərindən Xocalıda vacib toplantı — DETALLAR 19:43 II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi 20:13 İran və Çin XİN rəhbərləri tarixi sazişi müzakirə etdilər 19:28 Ərdoğandan Türkiyə millisinə qəfil zəng: Elə kritik mesajlar verdi ki... 19:39 All News