Dallasda tarix yazıldı: Çiliç elitlər sırasına daxil oldu

Dallasda tarix yazıldı: Çiliç elitlər sırasına daxil oldu
11.02.2026 10:22 İdman

Xorvatiyalı tennisçi Marin Çiliç peşəkar karyerasında 600-cü qələbəsini qazanaraq əlamətdar nəticəyə imza atıb.

TodayPress TV xəbər verir ki, dünya reytinqində 61-ci pillədə qərarlaşan 37 yaşlı idmançı ABŞ-nin Dallas şəhərində keçirilən ATP-500 kateqoriyalı turnirin ilk mərhələsində amerikalı tennisçi, reytinqin 23-cü nömrəsi Löner Tyeni iki setdə məğlub edib — 7:5, 7:6 (7:4).

Nəticədə, Çiliç karyerasında 600 qələbə həddini aşan aktiv tennisçilər arasında ikinci oyunçu olub. Statistikaya görə, bu nailiyyətə indiyədək yalnız serbiyalı tennis əfsanəsi Novak Cokoviç çatıb. Hazırda onun aktivində 1168 qələbə var.

Qeyd edək ki, 600 qələbə göstəricisinə ən yaxın aktiv tennisçilər arasında isveçrəli Sten Vavrinka (586 qələbə), fransalı Qael Monfis (583) və almaniyalı Aleksandr Zverev (526) yer alır.

Namiq HUN

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 All News