Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim”

Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim”
30.07.2026 09:06 İdman

NBA veteranı 10 mövsümdən sonra peşəkar basketbolçu karyerasını başa vurub.

TodayPress TV xəbər verir ki, NBA-da uzun illər çıxış etmiş təcrübəli amerikalı müdafiəçi sosial şəbəkə hesabında paylaşdığı vida mesajında basketbola hər zaman bütün gücü ilə xidmət etdiyini və karyerasını peşmanlıq hissi olmadan başa vurduğunu bildirib.

“Mən hər zaman bu oyuna hər şeyimi vermişəm və buna görə də heç bir peşmanlığım yoxdur. Basketbolu sevmək və onun da mənə eyni sevgini qaytarması üçün fürsət qazandığıma görə minnətdaram. Məktəbdə, universitetdə və NBA-da hər uğuru zəhmətimlə əldə etmişəm. Bütün azarkeşlərə, məşqçilərə və komanda yoldaşlarıma təşəkkür edirəm”, – deyə Riçardson yazıb.

Qeyd edək ki, Coş Riçardson 2015-ci il NBA draftının ikinci raundunda “Mayami Hit” tərəfindən 40-cı sıradan seçilib. O, 10 mövsüm ərzində müntəzəm çempionatda 554 oyuna çıxıb və orta hesabla 11,5 xal, 3,0 ribaund və 2,6 məhsuldar ötürmə ilə yadda qalıb. 

Riçardson NBA karyerası ərzində yalnız klub müqavilələrindən 62,3 milyon ABŞ dolları gəlir əldə edib. O, müxtəlif illərdə “Mayami”, “Filadelfiya”, “Dallas”, “Boston”, “San Antonio” və “Nyu-Orlean” klublarının formasını geyinib.

Namiq HUN

NEWS FEED
30 JULY 2026
Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 All News