Çimərlik güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazandılar

Çimərlik güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazandılar
29.05.2025 07:11 İdman

Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyanın Poreç şəhərində təşkil olunan yeniyetmələr (U-15, U-17) arasında Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanıblar.

Bu barədə  TodayPress TV-ə Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qitə birinciliyində Azərbaycanı baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında U-17 millisi təmsil edib.

B qrupunda yer alan Rəşid Nazarov (60 kq) Xorvatiya güləşçiləri – Nikola Duriçlə Lovro Vidoviçə, eləcə də ukraynalı İliya Klimçuka 3:0 hesabı ilə qalib gəlib. Qrup lideri kimi yarımfinala yüksələn Nazarov final uğrunda mübarizədə gürcüstanlı Rati Beridzeyə son saniyələrdə məğlub olub – 2:3. Rəşid bürünc medal uğrunda qarşılaşmada yenidən Klimçukla üz-üzə gəlib. Bu dəfə rəqibinə xal verməyən (3:0) Nazarov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Ruslan Vəliyev (70 kq) A qrupunda yunanıstanlı Yannis Apostolla ukraynalı İvan Zaliskonu 3:0 hesabı ilə üstələyib. Xorvatiyalı Leon Kuzman güləşmədiyi üçün Vəliyev hesabına texniki qələbə də yazdırıb. Ruslan qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Onunla eyni çəkidə çıxış edən Ayxan Quliyev C qrupunda keçirdiyi ilk görüşdə gürcüstanlı Luka Maxaradzeyə 1:3 hesabı ilə məğlub olsa da, xorvatiyalı Toma Jelenç güləşmədiyi üçün texniki qələbə qazanıb, ardınca fransalı Tomas Reborqdan güclü olub – 3:1. Təmsilçilərimiz yarımfinalda üz-üzə gəlib. Ruslan Ayxanla mübarizədən qalib ayrılıb – 4:1. Quliyev bürünc medal uğrunda qarşılaşmada gürcü Bidzina Jintçaradze ilə bacarmayıb – 0:4. Ancaq Vəliyev həlledici görüşdə Gürcüstanın digər təmsilçisi Luka Maxaradzeyə 3:0 hesabıyla qalib gələrək Avropa çempionu olub.

Nihad Süleymanlı (80 kq) debütdə britaniyalı Marşal Everetə 3:0 hesabıyla qalib gələrək A qrupuna vəsiqə qazanıb. Nihad qrup mərhələsində gürcüstanlı Nuradin Mustafayevi 3:1, yunanıstanlı Panayotis Kiparissopulosla macarıstanlı Norbert Tapodini isə 3:0 hesabıyla məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib. Süleymanlı bu mərhələdə gürcüstanlı Zebur Abaşidzeyə də heç bir şans tanımayıb – 3:0. Nihad finalda yenidən Mustafayevlə qarşılaşıb və rəqibə əvəz çıxmağa imkan verməyib. 4:1 hesablı qələbəyə sevinən Süleymanlı qızıl medalı boynundan asıb.

Beləliklə, millimiz Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanıb. Medalların əyarına görə bütün ölkələri qabaqlayan Azərbaycan xala görə sıralamada 3-cü yeri tutub. 65 xal toplayan komandamız Gürcüstan (85) və Ukraynadan (70) geri qalıb.

Qitə birinciliyində I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyub.

XƏBƏR LENTİ
31 IYUL 2026
Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Bütün Xəbərlər