Çempion komandada böyük təmizləmə əməliyyatı başladı!

Çempion komandada böyük təmizləmə əməliyyatı başladı!
05.06.2026 15:55 İdman

“Qalatasaray” yeni mövsüm öncəsi heyətdə ciddi dəyişikliklərə başlayıb. Klub dörd futbolçu ilə yollarını ayırmaq qərarına gəlib.

TodayPress TV xəbər verir ki, ardıcıl dördüncü, ümumilikdə isə 26-cı Türkiyə Super Liqası çempionluğunu qazanan “Qalatasaray” yeni mövsümün hazırlıqları çərçivəsində heyətin yenidən formalaşdırılması istiqamətində addımlar atır.

Məlumata görə, baş məşqçi Okan Buruk və klubun idarəçilərindən Abdullah Kavukçu arasında keçirilən görüşdən sonra dörd futbolçunun gələcək planlarda yer almadığı müəyyənləşib.

Bunlar Elias Jelert, Victor Nelsson, Karlos Kuesta və Nikolo Zaniolodur.

Ötən mövsüm gözləntiləri doğrultmayan sağ cinah müdafiəçisi Jelert 35 oyunda meydana çıxaraq 1 qol vurub. 2029-cu ilə qədər müqaviləsi olsa da, onunla yolların ayrılması planlaşdırılır.

Mövsümü icarə əsasında “Verona”da keçirən Nelssonun da komandaya qaytarılması nəzərdə tutulmur. Danimarkalı müdafiəçinin klubla müqaviləsinin başa çatmasına bir il qalıb.

2024/2025 mövsümünün qış transfer pəncərəsində komandaya qoşulan Kuesta isə “Qalatasaray” forması ilə cəmi 9 oyunda iştirak edib və gözləntiləri doğrultmayıb.

Komandanı tərk etməsi gözlənilən digər futbolçu Zaniolodur. İtaliyalı oyunçu ötən mövsüm 38 matçda 6 qol vurub və 7 məhsuldar ötürmə edib. Klub rəhbərliyi onun transferindən ciddi gəlir əldə etməyi planlaşdırır.

Bildirilir ki, “Qalatasaray” rəhbərliyi artıq futbolçuların menecerləri ilə əlaqə saxlayaraq qərar barədə məlumat verib. İstanbul təmsilçisi sözügedən oyunçular üçün daxil olacaq təklifləri dəyərləndirməyə hazırdır.

Namiq HUN

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 All News