“Bir səhv və hər şey bitir!” – Umtitidən diqqətçəkən açıqlama

“Bir səhv və hər şey bitir!” – Umtitidən diqqətçəkən açıqlama
06.04.2026 15:34 İdman

Fransalı sabiq futbolçu Samuel Umtiti Kilian Mbappenin mərkəz müdafiəçiləri ilə bağlı qalmaqallı fikirlərinə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “RMС Sport” nəşri məlumat yayıb. 

Xatırladaq ki, “Real Madrid” klubunun hücumçusu Mbappe bu mərkəz müdafiəçisi mövqeyini futbolun ən asan rolu adlandırmış və arxa xətt oyunçularının 40 yaşa qədər oynaya bilməsini buna əsas gətirmişdi.

Umtiti isə bu fikirlə razılaşmayıb:

“Bu sözləri tez-tez hücumçular deyir. Amma müdafiədə hər şey fərqlidir. Bir səhv edirsən və dərhal cəzasını çəkirsən – bu, ən çətin mövqelərdən biridir”.

O əlavə edib ki, müdafiəçilər oyun boyu maksimum diqqətli olmalı olur:

“Müdafiəçi kimi oyunu bitirəndə başın ağrıyır, çünki hücumçudan daha çox fokuslanmalısan. Hücumçu 10 səhv edə bilər və bu, nəticəyə təsir etməz, amma müdafiəçi üçün bir səhv kifayətdir”.

Sabiq futbolçu zarafatla bildirib ki, bu məsələni Mbappe ilə şəxsən müzakirə edəcək.

Namiq HUN

TodayPress TV

NEWS FEED
04 AUGUST 2026
Meşə yanğınları ilə bağlı 402 nəfər saxlanıldı, 156-sı azyaşlıdır 22:38 Trampın İrandan sonrakı HƏDƏFİ - ABŞ kəşfiyyat aktivlərini artırır 22:30 Hindistan XƏBƏRDARLIQ ETDİ: Sərbəst gəmiçilik bərpa olunmalıdır! 22:20 ABŞ Hərbi Qüvvələri dəniz əməliyyatlarının nəticələrini ELAN ETDİ 22:03 İsrail və Livan danışıqları nə vaxta qədər davam edəcək? - AÇIQLANDI 21:57 90 faizə yaxın əhalisi müsəlman olan ölkədə ölülərin yandırılması qadağan edildi 21:46 Xankəndidən sonra Ağdam: Türkiyəli jurnalistlər Qarabağda - FOTOLAR 21:36 Kiyev Aİ-yə üzv olmaq üçün istiqamətdə hərəkətə keçir - SİYAHI 21:23 Körpələrin də olduğu təyyarə burulğana düşdü - Xəsarət alanlar var 21:10 Rusiya Hindistanı razı sala bilmədi: Ən yeni qırıcıya “YOX” dedi 21:05 Tramp üçün keçirilən turnir UFC-yə “baha başa gəldi” 20:51 Üç il gizli qalan faciə: Qəzzada 112 nəfərin qalıqları tapıldı 20:38 Trampdan İrana XƏBƏRDARLIQ: Bu gün Hörmüz boğazı açılmasa… 20:24 Ər-Riyad qorxuya düşdü: Husilərlə müharibədən yayınmaq üçün gizli hərəkətə keçdi 20:15 Hindistana məxsus gəmi batırıldı 20:00 Rubio: “İran nüvə silahına sahib ola bilməz!” 19:46 25 ştat Trampa qarşı “ayağa qalxdı” - Məhkəməyə müraciət edildi 19:40 Yaxın Şərqdən gələn xəbər nefti ucuzlaşdırdı 19:24 Bu miqrantlar üçün Rusiyanın “qapısı bağlandı” - Putindən QƏRAR 19:11 Putin və Braziliyalı həmkarı Ukrayna ilə bağlı nə danışdı? 18:56 SON DƏQİQƏ: Hörmüz boğazı açıqdır 18:46 İran İraq və Küveyt sərhədinə qoşun yığır - TƏCİLİ - VİDEO 18:40 İranda güclü partlayış baş verdi - VİDEO 18:29 ABŞ və İran arasında “buzlar əriyir” - İlk ciddi irəliləyiş 18:26 Bu ölkə nüvə tullantılarını “gizlədir” - Dünyada İLK 18:16 All News