Bayron Skottdan səs-küylü LeBron–Cordan açıqlaması!
NBA-da üçqat çempion, həmçinin 2008-ci ilin “İlin məşqçisi” seçilən Bayron Skott LeBron Ceymsin daha bir çempionluq qazansa belə, Maykl Cordanı bütün dövrlərin ən yaxşı basketbolçusu kimi geridə qoya bilməyəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Basketball Network” portal məlumat yayıb.
Skottun sözlərinə görə, LeBronun “Filadelfiya” ilə beşinci çempionluğu onu NBA tarixinin ən böyükləri sırasında daha da yüksəldəcək. Lakin bu, Maykl Cordanla bağlı fikirləri dəyişməyəcək.
“Bu, sadəcə daha çox insanın LeBronu tarixin ən yaxşı basketbolçusu adlandırmasına səbəb olacaq. Amma bu mövzu yenə də mübahisəli və subyektiv qalacaq. Onu Maykl Cordana bir qədər də yaxınlaşdıracaq. Mənim fikrimcə isə onları həmişə ayıran əsas məqam odur ki, Cordan altı finala çıxıb və altısında da qalib gəlib. LeBron yenidən çempion olsa belə, bu, insanların fikrini dəyişməyəcək. Cordan azarkeşləri yenə Mayklı, Kobi azarkeşləri isə Kobini ən böyük hesab edəcəklər”, – deyə Skott bildirib.
Namiq HUN