Bakıda cüdo üzrə dünya çempionatına həsr olunan mətbuat konfransı keçirildi

Bakıda cüdo üzrə dünya çempionatına həsr olunan mətbuat konfransı keçirildi
16.07.2026 13:25 İdman

İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və təşkilati məsələlərə həsr olunmuş mətbuat konfransı keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin nümayəndələri, media mənsubları və digər qonaqlar iştirak ediblər.

Mətbuat konfransında əvvəlcə 4-11 oktyabr tarixlərində Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının rəsmi loqosunun təqdimat videosu və yarışın tanıtım çarxı nümayiş etdirilib.

Daha sonra federasiya rəsmiləri dünya çempionatına hazırlıq prosesi, təşkilati məsələlər, bilet satışı, media akkreditasiyası və milli komandaların hazırlıq proqramı barədə ətraflı məlumat verərək jurnalistlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, Azərbaycan millisinin dünya çempionatında iştirak edəcək yekun heyəti 11-13 sentyabr tarixlərində keçiriləcək Macarıstan Böyük Dəbilqə turnirindən sonra açıqlanacaq. Bildirilib ki, heyətin formalaşdırılmasında əsas meyarlar Böyük Dəbilqə yarışlarında əldə olunan nəticələr, eləcə də idmançıların təlim-məşq prosesində nümayiş etdirdikləri peşəkarlıq və hazırlıq səviyyəsi olacaq.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
17 JULY 2026
Əhaliyə XƏBƏRDARLIQ: Bəzi ərazilər qazsız qalacaq 23:19 Yatmazdan əvvəl bir ovuc püstə yeməyin FAYDALARI 01:49 Alimlər ən faydalı isti içkini açıqladı - Hər gün içənlər daha uzun yaşayır 01:41 Yunan yoqurtu, yoxsa adi? Mütəxəssislər ən faydalısını açıqladı 01:25 Biləsuvarın bu küçələrində qaz olmayacaq - XƏBƏRDARLIQ 23:25 Bu tarixlərdə doğulanlar maliyyədə daha şanslıdır 23:06 Çəkiniz eyni qalacaq, amma bədəniniz dəyişəcək - Sirri AÇIQLANDI 01:17 UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi - YENİLƏNDİ 00:05 ABŞ zərbəsindən sonra Kehuristan körpüsü bu hala düşdü - FOTO 01:34 İranda körpüyə endirilən zərbə nəticəsində ölənlər var 01:30 TƏCİLİ: Bəndər-Abbasda körpü və dəmir yolu hədəfə alındı - VİDEO 01:11 İran bu görüntülərlə Trampa qarşı sui-qəsd çağırışı etdi - VİDEO 00:53 İranın daha bir şəhərində partlayış səsi eşidildi 00:45 Trampın başına 10 milyon dollar qoyuldu 00:40 İranda körpü vuruldu - VİDEO 00:32 İranşəhrə hücumun GÖRÜNTÜLƏRİ 00:25 Tramp və Netanyahu İran küçələrini “bəzədi” - FOTO 23:56 İranın liman şəhərlərinə zərbələr endirilir - VİDEO 00:01 İranda partlayış səsləri eşidildi - TƏCİLİ 23:48 İranda bombardmandan sonra elektrik enerjisi kəsildi 23:45 Zelenski Hakan Fidanı belə mükafatlandırdı - VİDEO 23:33 “Qarabağ”ın oyunu canlı yayımlanacaq? - AÇIQLANDI 23:11 Tramp Türkiyədən niyə razı qaldı? Ağ Ev səbəbini açıqladı 22:53 ABŞ İrana yeni hücum dalğasına başladı 22:48 Hörmüz boğazındakı son vəziyyət açıqlandı 22:35 All News