Saxta sənəd hər şeyi dəyişdi – məşqçi işsiz qaldı

Saxta sənəd hər şeyi dəyişdi – məşqçi işsiz qaldı
16.04.2026 15:28 İdman

İsveçrə yığmasının baş məşqçisi saxta COVID sənədinə görə işdən çıxarılıb. 

TodayPress TV xəbər verir ki, bu barədə İsveçrə Xokkey Federasiyasının (SIHF) saytında məlumat yayılıb. 

Patrik Fișer İsveçrə milli xokkey komandasının baş məşqçisi vəzifəsindən azad olunub.

Qərar İsveçrə Xokkey Federasiyası tərəfindən qəbul edilib. Səbəb mütəxəssisin 2022-ci ildə keçirilən Qış Olimpiya Oyunları zamanı saxta COVID-19 vaksin sertifikatından istifadə etməsi olub.

Məlumata görə, Fișer Pekinə səfər zamanı tətbiq olunan məhdudiyyətləri aşmaq üçün peyvənd olunduğunu göstərən saxta sənəddən yararlanıb. O, məsələ ilə bağlı açıqlamasında ciddi səhvə yol verdiyini etiraf edib.

Qeyd edək ki, Patrik Fișer 2015-ci ildən İsveçrə millisinin baş məşqçisi idi. O, komandanı üç Olimpiadaya çıxarıb. Fişerin rəhbərliyi altında yığma dünya çempionatlarında üç gümüş medal qazanıb. 2022-ci il Olimpiadasında isə İsveçrə yığması 1/4 final mərhələsinə qədər irəliləyib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 Bütün Xəbərlər