“Azzurri”də inqilab davam edir: Ranyeriyə yüksək vəzifə
Tanınmış italiyalı futbol mütəxəssis Klaudio Ranyeri İtaliya milli komandasının texniki direktoru vəzifəsinə təyin olunacaq.
TodayPress TV xəbər verir ki, bu barədə məşhur jurnalist və transfer insayderi Fabrizio Romano məlumat yayıb.
Məlumata görə, 73 yaşlı mütəxəssis bu postda Paolo Maldinini əvəz edəcək.
Bundan əvvəl Roberto Mançininin yenidən İtaliya millisinin baş məşqçisi olacağı barədə xəbərlər yayılmışdı.
Xatırladaq ki, yığmanın baş məşqçi postuna namizədlərdən biri Andrea Pirlo idi. Lakin o, əvvəlki razılığa baxmayaraq bu vəzifəni qəbul etməyəcəyini açıqlamışdı. Buna səbəb Pirlonun Rusiya bukmeyker şirkəti ilə əməkdaşlığı ətrafında yaranan problemlər göstərilmişdi.
Bundan sonra İtaliya Futbol Federasiyasının texniki direktoru Paolo Maldini və onun müşaviri Leonardo da vəzifələrindən ayrılacaqları barədə məlumat yayılmışdı. Ranyerinin təyinatı ilə federasiyada aparılan struktur dəyişikliklərinin davam etdiyi bildirilir.
Namiq HUN