Axrıncı dəfə olsun, Elvin!

Axrıncı dəfə olsun, Elvin!
03.07.2026 20:12 İdman

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin başına gələnlərdən hamı xəbərdardır. Buna görə də müdafiəçinin baş məşqçi Qurban Qurbanovun qərarıyla əsas komandadan uzaqlaşdırılmasından qayıdışına qədər baş verənlərə geniş yer ayırmağa ehtiyac yoxdur.

TodayPress TV xəbər verir ki, oyunçunun qovulmasıyla bağlı aprelin 17-də üzə çıxan xəbərdən sonra yaşananlara “köhlən atlar”ın Tirola yollanmasıyla yekun vurulduğunu xatırlatmalıyıq. Üzə çıxdı ki, Qurban bəy Elvinin də Avstriya toplanışında iştirak etməsinə qərar verib. Düzdür, bundan sonra da onun bağışlanıb-bağışlanmadığı sual altında idi. Çünki mütəxəssis futbolçunun formasını bərpa etməsinə və daha baha qiymətə satılması üçün şəraitin yaranmasına hesablanmış addım da ata bilərdi. Ancaq Elvinin Tirolda keçirilən oyunlarda şans qazanması, hətta “Metallist 1925” ilə matçda start heyətində yer alması bu ehtimalı böyük ölçüdə azaltdı.

Hər halda, bu gün Cəfərquliyevin yenidən əsas komandada möhkəmlənməsi, start heyətində daimi şans qazanması üçün şansı var. Və Elvin başına gələnlərdən dərs çıxarıbsa, bu fürsətdən maksimum yararlanacaq. O başqa məsələ ki, onun komandadan ayrılmaq ehtimalı da hələ qüvvədədir. Sadəcə, bunun üçün həm futbolçuya, həm də “Qarabağ”a sərfəli olacaq təklif gəlməlidir. O da yoxdur. Təbii ki, ötən il fırtınalar qoparan, yeni ilə də möhtəşəm start verən futbolçunun real təklif almaması bəzilərində sual doğura bilər. Lakin buna təəccüblənməməliyik. Azı ona görə ki, Qurban Qurbanov nəinki ölkəmizdə, həm də beynəlxalq miqyasda tanınır və xüsusən bu il Çempionlar Liqasında qazandığı uğurlara görə daha da şöhrətlənib. Hamı, eləcə də Elvini heyətində görmək istəyən klublar durumla maraqlandıqda Qurban bəy kimi mütəxəssisin yanlış qərar verməyəcəyinə əminliklə yanaşır. Öz aramızdır, niyə şübhə duysunlar?! Axı Cəfərquliyev kimi futbolçu əsas komandadan kiçik səhv üzündən qovula bilməz!

Hər halda, bu gün hər şey geridə qalıb. Yuxarıda da dediyimiz kimi, Elvin üçün önəmli fürsət yaranıb. Bunu futbolçunun atası Eldar kişi də deyir. Onun mediaya müsahibəsində dediyi sözlərə fikir verin: “Ona bir ağsaqqal kimi yol göstərdim. Əslində elə böyük problem də yox idi. Hadisə baş verdi, cəzalandırıldı və yenidən kluba qayıtdı. Çalışmalıdır ki, bundan sonra daha intizamlı olsun”.

İndi deyirsiniz, Elvin günahlara o qədər batıb ki, nəinki Qurban Qurbanovun, atasının məsləhətlərini də qulaqardına vuracaq? Qətiyyən! Əminik ki, bundan sonra yaşıl meydanlarda daha istəkli, daha çevik, daha iddialı, daha güclü Elvin görəcəyik. Yenə rəqiblərini qabaqlayacaq, komandasının fərqlənməsi üçün əlverişli şərait yaradacaq, daha böyük uğurlara imza atacaq, hətta bəlkə də özünü bütün futbol ictimaiyyətinə əfv etdirib, 2026-cı ilin də ən yaxşı futbolçusu seçiləcək! Bəli, futbolçunun bunun üçün hələ vaxtı var. Qarşıdan yeni mövsüm gəlir ki, 6 ay ərzində həm millidə, həm də “Qarabağ”da özünü yaxşı tərəfdən göstərə bilər.

Ancaq Eldar kişi müsahibədə Akif babadan da söhbət açır. Yəqin xatırlayarsınız, söhbət ötən ay ağdamlıların bazasına gələn, Qurban Qurbanov və futbolçular ilə görüşən, yeni mövsüm ərəfəsində sevimli komandasına xeyir-dua verən azarkeşdən gedir. Eldar kişi deyir ki, Qurban bəy Akif babanın xahişindən sonra Elvini bağışlayıb. Bu üzdən övladıyla birgə azarkeşlə görüşəcək, ona təşəkkür edəcəklər. Heç şübhəsiz, çox vacib addımdır. Çünki Akif baba həm də yerli, istedadlı futbolçunun təmiz səhifə açmasına yardımçı olub və Cəfərquliyev ona ömrünün sonuna qədər borclu olacaq!

Həm də biləcək ki, səhv edərkən təkcə özünə yox, həm də onu sevən minlərlə azarkeşə pislik edir, qəlb qırır, onları üzür.

Göründüyü kimi, həqiqətən də hər şərdə bir xeyir var. Elvin bəlkə indi həm də ictimaiyyət üçün məlum olduğundan daha önəmli fiqur olduğunu anlaya, təkcə özünü yox, həm də böyük fanat kütləsini təmsil etdiyini dərk edə! Öz aramızdır, növbəti səhv olsa, Qurban bəy Elvini nəinki Akif baba, heç Allah baba da gəlsə, bağışlamayacaq!

Kənan Bahadır

NEWS FEED
03 JULY 2026
DÇ-2026: Avstraliya - Misir oyunu başladı 22:12 Tramp və Netanyahu RAZILAŞDI 22:00 Ən çox saxtalaşdırılan 4 məhsul açıqlandı - Alarkən bu səhvi etməyin 20:58 Trampa qarşı dediyi sözlərdən sonra mayor polisə aparıldı 21:44 32 ölkə Ukrayna ilə bağlı planı TƏSDİQLƏDİ 21:27 Sürücülərin DİQQƏTİNƏ: Bu yollar iki gün bağlı olacaq 21:20 Benzin növbələri uzanır, Duma isə yalnız bunu deyir: “Səbr edin, keçəcək” 21:09 10 il sonra hərbi xəstəxanalar yenidən gündəmdə: Türkiyə qərarını dəyişir? 22:21 Ərdoğan dəvət etdi - Şahbaz Şərif sabah Türkiyəyə gedir 20:44 Zelenski meydan oxudu: “Onları üstələyəcəyik” 20:33 “Yanacaq böhranı xeyrimizədir” - Rus akademik moskvalılara səsləndi 20:28 Evlərdə gizli xəzinə var: Azərbaycan ailəsinin ehtiyatı nə qədərdir? 19:51 Türk dünyası bu bəyannamədə birləşdi 20:20 Axrıncı dəfə olsun, Elvin! 20:12 Rusiyadakı benzin qıtlığı Azərbaycana təsir edəcək? - AÇIQLANDI 20:04 33 ildən sonra itkin-şəhid doğma kəndində dəfn olundu 19:43 Rəsmilər İranda vida mərasimində belə iştirak etdilər - Prezidentin başsağlığı çatdırıldı 19:34 XƏBƏRDARLIQ: İyulun 7-də bu kənd və qəsəbələr qazsız qalacaq 19:13 “Qarabağ”ın yeni transferi bəlli oldu 19:26 Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? 19:19 Sərnişinlərin NƏZƏRİNƏ: Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir 19:06 Suriyanın müdafiəsi türk generala tapşırıldı 18:59 33 il itkin sayılan qadın doğma kəndində torpağa tapşırıldı 18:46 Pezeşkian Xamenei ilə vidalaşarkən ağladı - VİDEO 18:33 Bakı-Tbilisi-Qars qatarları Çinə qədər gedə bilər - TƏKLİF 18:23 All News