Avropa sınağı başlayır: "Qarabağ"dan ilk addım!
“Qarabağ” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə qarşılaşacaq.
TodayPress TV xəbər verir ki, görüşü Danimarkadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Morten Kroq olacaq. Ona yan xətt hakimləri Şteffen Bramsen və Viktor Skite kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yakob Karlsen yerinə yetirəcək.
Qarşılaşma Polşanın Lublin şəhərində yerləşən “Lublin Arena” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Komandalar arasında cavab oyunu isə avqustun 13-də saat 20:00-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Namiq HUN