AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi

AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi
02.06.2026 18:50 İdman

Azərbaycan Güləş Federasiyasının (AGF) Texniki və Hakimlər Komitəsinin növbəti iclası keçirilib.

TodayPress TV AGF-yə istinadən xəbər verir ki, baş katib Pərvin Piriyevin rəhbərliyi ilə baş tutan iclasda federasiyanın İdman şöbəsinin müdiri Kamran Quliyev və yunan-Roma güləşi üzrə milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov Texniki və Hakimlər Komitəsinin tərkibinə üzv seçilib.

Görüş zamanı komitənin fəaliyyəti ilə bağlı müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə hakimlərin və məşqçilərin bilik və bacarıqlarının artırılması məqsədilə təlim və seminarların təşkili, azyaşlı və yeniyetmə güləşçilər arasında liqa yarışlarının keçirilməsi, həmçinin maddi-texniki bazanın daha da gücləndirilməsi istiqamətində görüləcək işlər nəzərdən keçirilib.

İclasda səsləndirilən təkliflər dəyərləndirilib, komitənin qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib və gələcək iş planının hazırlanması ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Görüşdə hakimlik institutunun inkişafı, yarışların keyfiyyətinin artırılması və güləşin bütün yaş kateqoriyalarında daha effektli idarə olunması istiqamətində həyata keçiriləcək tədbirlərin əhəmiyyəti vurğulanıb.

TodayPress TV

NEWS FEED
06 AUGUST 2026
Filippində güclü zəlzələ baş verdi 08:47 MKİ Kubaya qarşı gizli əməliyyat qrupu yaratdı 08:43 Ukrayna PUA-ları Rusiyanın iri neft zavodunu vurdu – VİDEO 08:28 Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir 08:11 "Real Madrid" transfer rekordunu təzələdi - 140 milyon avroluq razılaşma! 01:41 Sevərək yediyimiz bu ikili hansı xəstəliklərə səbəb olur? 01:34 Avtomobil nəhəngləri kütləvi PUA istehsalına başladı 01:27 "Nyukasl"a yeni baş məşqçi təyin edildi 01:09 Avropa Mərkəzi Bankının prezidenti vəzifəsinə yeni NAMİZƏD 00:33 Yoğurt həmişə faydalı deyilmiş: Mədə problemi olanlara XƏBƏRDARLIQ 00:39 DİQQƏT! - Bu ərazilərdə işıq olmayacaq 00:44 Pentaqon 25 illik silah arxivinə qadağa qoydu! - Səbəb nədir? 01:19 Sulutəpədə avtoservisdə YANĞIN baş verdi 00:49 UEFA Çempionlar Liqası: "Fənərbağça" qələbə qazandı 00:29 Yəmən sahillərində raket hücumu - Neft gəmisi hədəf alındı! 00:00 4 mərtəbəli bina UÇDU - Axtarış işləri aparılır 23:54 "ABŞ və İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi" - Pezeşkian 23:42 Sürücülərin NƏZƏRİNƏ!: Bakının daha üç küçəsində təmir işləri aparılacaq 23:30 Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM 23:07 Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub oldu 21:13 Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI 23:03 Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 All News