Hərbi təlimlərə getməyənləri cəza gözləyir - DİQQƏT!

Hərbi təlimlərə getməyənləri cəza gözləyir - DİQQƏT!
04.11.2025 15:50 Hərbi

Hərbi xidməti başa vuran və ehtiyatda olan şəxslər zərurət yarandıqda hərbi təlimlərə, yoxlamalara və ya xüsusi toplanışlara çağırıla bilirlər.

Bəs təlimlərdə iştirakdan imtina edən şəxsi hansı məsuliyyət gözləyir?

Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev TodayPress TV-yə açıqlamasında bildirib ki, çağırışçılar və hərbi vəzifəlilər üzrlü səbəb olmadan hərbi komissarlığın çağırışına gəlmədikdə inzibati qaydada cəzalandırılırlar. 

Onun sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən, bu qaydanı pozan şəxslər 300 manatdan 500 manatadək cərimə edilir və ya 160-240 saat ictimai işlərlə cəzalandırıla bilərlər.

Əgər bu tədbirlər nəticə verməzsə və şəxs çağırışdan bilərəkdən və davamlı şəkildə yayınarsa, məsələ artıq cinayət xarakteri alır:

"Bu halda həmin şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunurlar. Bu maddəyə əsasən, hərbi toplanışlardan qəsdən yayınan şəxslər cərimə, islah işləri və ya azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər".

Ekspert həmçinin vurğulayıb ki, çağırışdan yayınma təkcə qanun pozuntusu deyil, həm də dövlətin müdafiə sisteminə qarşı hörmətsizlik kimi qiymətləndirilir:

"Ehtiyatda olan hər bir vətəndaş başa düşməlidir ki, hərbi təlimlər yalnız fərdi məsuliyyət deyil, ümumi təhlükəsizlik məsələsidir. Bu, ölkənin müdafiə potensialını qorumaq və fövqəladə hallara hazır olmaq üçün vacibdir".

Ədalət Verdiyev sonda qeyd edib ki, əgər çağırışa gəlməmək üçün üzrlü səbəb varsa, (səhhət, ailə vəziyyəti və ya digər rəsmi əsaslar) bu barədə əvvəlcədən hərbi komissarlığa məlumat verilməlidir. Əks halda, qanunvericilikdə nəzərdə tutulan inzibati və cinayət cəzaları istisna olunmur.

Türkan İsgəndərli

PHOTOS

Hərbi təlimlərə getməyənləri cəza gözləyir - DİQQƏT! — 1
NEWS FEED
16 JUNE 2026
Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 All News