BİR ORDU, BİR YUMRUQ - Təxribatçı qüvvələrə gözdağı!

BİR ORDU, BİR YUMRUQ - Təxribatçı qüvvələrə gözdağı!
13.03.2026 16:11 Hərbi

Türkiyə ilə Azərbaycan Naxçıvanda birgə hərbi təlimlərin planlaşdırılmasını müzakirə ediblər.  


Müzakirə martın 11-də Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvana səfəri zamanı aparılıb.  

Maraqlıdır, bu təlimlər bölgədə strateji müdafiə imkanlarını necə gücləndirəcək?   

Sözügedən mövzunu hərbi ekspert Emin Həsənli  TodayPress TV-yə şərh edib. 


Regionda təhlükəsizliyin təmin olunması... 

Ekspert qeyd edib ki, Azərbaycanla Türkiyə həm qardaş ölkələrdir, həm də Şuşa Bəyannaməsinə əsasən strateji müttəfiqlik münasibətinə malikdirlər: 

"Bu bəyannamədən irəli gələn həm siyasi-iqtisadi, elmi-mədəni, həm də hərbi əməkdaşlıq həyata keçirilir. Xüsusilə hərbi sahədə əməkdaşlığın daha da dərinləşməsi nəzərdə tutulur. Azərbaycan Ordusu, Ali Baş Komandan cənab Prezidentin tapşırığı ilə, Türkiyə modelinə uyğun modernləşdirilir". 

O, vurğulayıb ki, Türkiyə ilə birgə təlimlər davamlı şəkildə keçirilir: 


"Bir çox hallarda bu təlimlərə qardaş Pakistan da qoşulur. Bu əməkdaşlıq regionda təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Naxçıvan həm Türkiyə, həm Azərbaycan, həm də Türk dünyası üçün strateji önəmə malikdir. Zəngəzur dəhlizinin açılmasından sonra da Naxçıvan Türk dünyasının qapısı və körpüsü rolunu oynayacaq. Buna görə də, Naxçıvanın təhlükəsizliyinin təmin olunması və regionda baş verən proseslərin nəzərə alınması baxımından, Türkiyəyə dəstək lazım olarsa, Azərbaycan, Azərbaycana dəstək lazım olarsa, Türkiyə bunu təmin edəcək. Şuşa Bəyannaməsinə əsasən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü, müstəqilliyini və vətəndaşların təhlükəsizliyini qorumağın zəmanətçisidir". 

Lazım gələrsə, bir ordu kimi! 

Emin Həsənli bildirib ki, lazım gələrsə, qoşunlar bir ordu kimi koordinasiya olunmuş şəkildə fəaliyyət göstərmək qabiliyyətinə malik olmalıdır. 

“Bu baxımdan xüsusi təyinatlı qüvvələr, hava və quru qoşunları birgə təlimlər keçirərək gələcəkdə effektiv əməkdaşlıq üçün hazırlıq görürlər ki, bu da çox sevindirici haldır”.

Təxribatçı qüvvələrə mesaj

Ekspert əlavə edib ki, Azərbaycanın hər bölgəsi kimi, Naxçıvan da bizim üçün əzizdir. Naxçıvan hətta Qars Müqaviləsinə əsasən Türkiyənin zəmanəti altındadır və Şuşa Bəyannaməsi bu zəmanəti daha da gücləndirir. 


"Bu təlimlər həm də dostlara və potensial təxribatçı qüvvələrə mesajdır ki, gələcəkdə hər hansı təxribatçı addımlar atılsa, qarşılarında Türkiyə-Azərbaycan birliyini görəcəklər. Sülh istəyirsənsə, müharibəyə hər zaman hazır olmalısan. Hərbi hazırlığın əsas elementi isə məhz təlimlərdir. Birgə təlimlər, tədris və hazırlıqlar silahlı qüvvələrimizin hazırlığını gücləndirir və ordumuzun milli silahlarla təmin olunması baxımından vacib amillərdəndir", - E Həsənli fikrini tamamlayıb.

Jalə Rövşən

NEWS FEED
30 JULY 2026
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 All News