Azad edilirlər - Bu adamlar hərbi xidmətə aparılmayacaqlar

Azad edilirlər - Bu adamlar hərbi xidmətə aparılmayacaqlar
11.06.2026 11:33 Hərbi

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı qanunvericiliyə edilmiş son dəyişikliklər bir sıra vətəndaş kateqoriyaları üçün yeni imkanlar yaradıb. 

TodayPress TV xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər nəticəsində bəzi şəxslər hərbi xidmətdən müvəqqəti möhlət almaq və ya tamamilə azad olunmaq hüququ əldə edirlər.


O bildirib ki, Azərbaycanda ümumi qaydaya əsasən 18 yaşına çatmış bütün kişi cinsli vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılır. Lakin 2024-cü il dekabrın 27-də qəbul edilən dəyişikliklə çağırışın son yaş həddi 35 yaşdan 30 yaşa endirilib:

"Hərbi xidmət hər bir vətəndaşın konstitusion borcudur. Bununla belə, qanunvericilik müəyyən sosial, ailə, təhsil və sağlamlıq vəziyyətlərini nəzərə alaraq bəzi şəxslərə möhlət və ya azadolma hüququ verir".

Ekspertin sözlərinə görə, əyani təhsil alan çağırışçılar təhsil müddətində hərbi xidmətdən möhlət ala bilərlər:

"Bakalavriat pilləsində təhsil alan şəxslər 24 yaşınadək, magistratura pilləsində oxuyanlar isə 26 yaşınadək möhlət hüququna malikdirlər. Rezidentura və doktorantura səviyyəsində təhsil alan şəxslər isə təhsillərini başa çatdıranadək çağırışdan təxirə salınırlar. Doktorantura qəbul imtahanlarının birinci mərhələsini uğurla keçən şəxslərə əlavə olaraq 3 aylıq möhlət verilməsi də qanunda öz əksini tapıb. Həmçinin tam orta təhsilini başa vurmamış və 20 yaşına çatmamış vətəndaşlar da təhsillərini yekunlaşdırana qədər hərbi xidmətə çağırılmırlar".

Mütəxəssis əlavə edib ki, ailə vəziyyəti ilə bağlı möhlət hüququ yeni dəyişikliklərdən sonra da qorunub saxlanılır və bu hüquq 30 yaşadək qüvvədə qalır.

"Başqa övladı olmayan I qrup əlil valideynin yeganə övladı olan şəxslər, üç və daha çox uşağın ataları, I qrup əlil həyat yoldaşına qulluq edən kişilər, eləcə də azyaşlı və ya I qrup əlil bacı-qardaşına baxan və onları təmin edə biləcək başqa ailə üzvü olmayan şəxslər möhlət hüququndan istifadə edə bilərlər. Bu kateqoriyaya daxil olan vətəndaşlar 30 yaşına qədər möhlət hüququnu itirmədikləri halda, dinc dövrdə müddətli həqiqi hərbi xidmətə göndərilmirlər. Sağlamlıq vəziyyəti ilə bağlı da qanunvericilikdə konkret mexanizmlər mövcuddur. Tibbi müayinə nəticəsində müvəqqəti yararsız hesab olunan şəxslərə hər dəfə bir ildən çox olmamaq şərtilə möhlət verilə bilər. Ümumi möhlət müddəti isə üç ildən artıq ola bilməz".

Onun sözlərinə görə, həm dinc, həm də müharibə dövründə hərbi xidmətə tam yararsız hesab edilən şəxslər hərbi qeydiyyatdan çıxarılır və onlar xidmətə cəlb olunmurlar.

Ədalət Verdiyev vurğulayıb ki, qanun bir sıra şəxslərin müddətli həqiqi hərbi xidmətə çağırışdan tam azad olunmasını da nəzərdə tutur.

"Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi olan şəxslər, Azərbaycan vətəndaşlığını qəbul edənədək başqa dövlətin qanunlarına uyğun şəkildə hərbi xidmət keçmiş vətəndaşlar, eləcə də ağır cinayətlərə görə müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum edilmiş şəxslər müddətli həqiqi hərbi xidmətə çağırılmırlar".

Ekspert diqqətə çatdırıb ki, son dəyişikliklər yalnız möhlət və azadolma məsələlərini deyil, həm də çağırışdan yayınmaya görə məsuliyyəti əhatə edir.

"2024-cü il dekabrın 27-də qəbul edilən dəyişikliklərdən sonra hərbi xidmətlə bağlı öhdəliklərdən yayınan şəxslərə qarşı hüquqi məsuliyyət daha da sərtləşdirilib. Üzrlü səbəb olmadan tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə, hərbi toplanışlara və ya səfərbərlik üzrə çağırışa gəlməmək qanun pozuntusu hesab edilir. İlkin və yüngül xarakterli hallarda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə və digər inzibati tədbirlər tətbiq oluna bilər. Lakin qanuni əsas olmadan hərbi xidmətdən yayınma dinc dövrdə Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə iki ilədək azadlıqdan məhrumetmə cəzasına səbəb ola bilər. Müharibə dövründə isə bu cəza daha sərtdir və üç ildən altı ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 All News