Zaqatalada 2 nəfəri ilan sancdı - ÖLƏN VAR

Zaqatalada 2 nəfəri ilan sancdı - ÖLƏN VAR
13.06.2026 22:15 Hadisə

Zaqatala rayonunun Yuxarı Cardaxlar kəndində 2 nəfəri ilan sancıb.

TodayPress TV xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, onlardan 1-i ölüb, digərinin müalicəsi xəstəxanada davam etdirilir.

Belə ki, Yuxarı Çardaxlar kənd sakini, 39 yaşlı Murad Məhəmməd oğlu Qurbanov iyunun 10-da əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ilan onu sancıb. M.Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərilib, lakin vəziyyəti ağır olduğundan o, müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki Kliniki Tibbi Mərkəzə göndərilib. Həkimlərin səyinə baxmayaraq, o, ötən gün müalicə aldığı tibb müəssisəsində vəfat edib.

Bu gün isə Yuxarı Çardaxlar kəndində daha bir ilancancma faktı qeydə alınıb. Kənd sakini, 34 yaşlı İsmayıl Cuma oğlu Lələyevi yaşadığı evin həyətyanı sahəsində ilan sancıb. O, Zaqatala RMX-yə yerləşdirlib. İ.Lələyevə ilkin tibbi yardımlar göstərilib. Həkimlər xəstənin vəziyyətini nəzərə alaraq onu müalicəsini davam etdirmək üçün Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərmək qərarına gəliblər.

TodayPress TV 

NEWS FEED
30 JULY 2026
Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 All News