Milyonluq dələduzluqda təqsirləndirilən şəxslər azadlığa buraxıldı

Milyonluq dələduzluqda təqsirləndirilən şəxslər azadlığa buraxıldı
03.10.2025 11:53 Hadisə

İş adamı Əbülfəz Babayevin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovanın cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə dəymiş 2 milyon 500 min manat dəyərindəki ziyanın Əbülfəz Babayevə tam ödənildiyi məlum olub.

O da əlavə olunub ki, zərərçəkmişlə barışıq əldə olunub və hazırda Ə.Babayevin şikayəti, tələbi yoxdur.

Prosesin davamında təqsirləndirilən şəxslər son söz deyib. Onlar özlərini təqsirli bilməyərək məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş ediblər.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Əliyar Abbasov və Xəyalə Hüseynovaya 10 il 6 ay, Ümid Abbasova 8 il 6 ay, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı və Ramal Əzimova isə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən Əliyar Abbasovun cəzası 3 il, digərilərinin cəzası 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub.

Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz Babayev "Olympus" şirkətlər qrupunun təsisçisidir. Bakı-Şamaxı yolunda "Lukoyl" yanacaqdoldurma məntəqəsinin sahibidir. Həmçinin bir çox tikinti layihələrində təsis payı var. İttihama görə, təqsirləndirilən şəxslər "ARB" televiziya şirkətinin də içərisində mövcud olduğu 5 mərtəbədən ibarət qeyri-yaşayış sahəsini satmaq adı ilə qabaqcadan əlbir olub zərərçəkənin 2 milyon 500 min manat pulunu ələ keçirib dələduzluq ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Robin Hudun sığındığı 1000 yaşlı tarixi ağac qurudu 23:09 DÇ-2026: Türkiyə hesabda geridədir - YENİLƏNDİ 07:12 Stounhencin "prototipi" tapıldı: 500 il daha qədimdir 23:07 Göz əsməsinin səbəbləri AÇIQLANDI 23:12 Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir? - Elmi izah 23:11 D-8 ölkələrinin nümayəndələri toplandı - Növbəti sammitə hazırlıQ müzakirə ediləcək 23:19 Culfa sakini dəm qazından boğularaq öldü 23:17 Londonda sərnişin təyyarəsində meyit tapıldı 00:39 DÇ-2026: ABŞ Avstraliya millisinə qalib gəldi 01:13 ABŞ-nin hərbi kontingenti Litvaya gəlib - Anons verildi 23:15 Tramp Türkiyə planını açıqladı: "Yaxın zamanda səfər edəcəyəm" 00:33 Makrondan sərt mesaj: "Avropa İttifaqı danışıqlarda vasitəçi ola bilməz" 23:57 Starmer yaxın günlərdə istefa verə bilər - KİV 00:10 Ağ Evdən Kubaya bağlı sərt siqnal: “Ola bilər” 23:41 Qara dəniz sahilində PUA tapıldı! - Araşdırma aparılır 23:35 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq 22:25 Rusiyanın milyardları Ukrayna ordusuna yönəldilir – Senatda mühüm qanun layihəsi 23:17 Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli oldu 22:13 Cozef Aun və Marko Rubio Livandakı vəziyyəti müzakirə ediblər 22:42 İstanbulda metro qatarı relsdən çıxdı - Xəsarət alanlar var - YENİLƏNİB 22:06 Seçkilərin nəticəsi LƏĞV OLUNACAQ — Daha bir partiya məhkəməyə müraciət etdi 22:41 Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır 21:54 Ağ Evdən Təl-Əvivə təzyiq: Tramp İsraildən sülhə razı olmağı xahiş etdi 22:00 Qadınlarda ibarət millimiz İsraili məğlub etdi 21:57 Kişilərdən ibarət voleybol millimiz Macarıstana məğlub oldu 21:25 Bütün Xəbərlər