Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər

Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər
27.07.2026 18:24 Hadisə

İyulun 27-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

TodayPress TV xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər

Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib.

Dövlət ittihamını müdafiə edən prokurorlar - Abbas Abbaslı, Anar Ələkbərov və Sevinc Qasımova bildiriblər ki, cinayət işi üzrə ittiham olunan digər təqsirləndirilən şəxslər kimi Bako Sahakyan, David Manukyan, David Babayan, Davit İşxanyan, Levon Mnatsakanyan, Madat Babayan və Melikset Paşayanın da Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzkar müharibə və cinayətkar birliyin fəaliyyətində iştirakları birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla təsdiqlənib.

Dövlət ittihamçıları qeyd ediblər ki, təqsirləndirilən şəxslər sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, habelə, suveren ərazilərimizin işğalı, silahlı birləşmələrin təşkili və təminatı, Azərbaycana qarşı düşmənçilik fəaliyyətinin təşviqi, terror, mina partlayışları, mülki şəxslərə qarşı müxtəlif cinayətlər və digər qanunsuz əməlləri törətməkdə təqsirləndirilirlər.

Həmçinin vurğulanıb ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlar cinayət işinin ibtidai istintaqı zamanı toplanmış, eləcə də məhkəmə baxışı zamanı təqdim və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, ifadələr, çoxsaylı istintaq hərəkətləri protokolları, sənədlər və digər dəlillərlə təsdiqlənib.

Məhkəmənin növbəti iclası iyulun 28-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

PHOTOS

Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər — 1
Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər — 2
Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər — 3
Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər — 4
Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər — 5
Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər — 6
Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər — 7
Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər — 8
Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər — 9
Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər — 10
Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər — 11
Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər — 12
Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər — 13
Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər — 14
Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər — 15
NEWS FEED
27 JULY 2026
Tramp Netanyahuya qəzəbləndi: “Heç kəs mənə qarışa bilməz!” 20:52 Tramp İranın pulundan necə istifadə edəcəyini AÇIQLADI: “Pis deyil, eləmi?” 20:48 Peskov Rusiyanın ideal böhranından danışdı 20:41 Bakıdan çıxan sürücülərə şad xəbər - Bu körpü artıq istifadəyə verildi 20:29 Putin Paşinyanı niyə təbrik etmədi? 20:13 FİFA ilin ən gözəl qolunu seçdi - VİDEO 20:03 Paşinyan Putinə zəng etdi - Nə danışıldı? 19:45 Rusiya-Ukrayna münaqişəsi Tokayevə “baha başa gəldi” 19:40 Trampdan İrana son şans: “Danışıqlar alınmasa, hücum başlayacaq” 19:32 Latın Amerikası qarışdı: Argentina prezidenti braziliyalı həmkarını təhqir etdi 19:21 Putin ordunun sayını artırdı - TƏCİLİ 19:07 İraqda ABŞ istehsalı PUA qəzaya uğradı - VİDEO 18:57 23 yaşlı oğlan çayda çimmək istəyirdi, faciə baş verdi - TƏFƏRRÜATLAR 18:53 Rəsmi Moskva təklif irəli sürdü: Münaqişə bitir? 18:42 Ukrayna İranı hədəfə aldı: “Təcavüzün şərikisən, qurban deyilsən!” 18:31 Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər 18:24 Külək insanları xəstəxanalıq etdi - Yaralananlardan biri əməliyyat şöbəsinə yerləşdirildi 18:14 Monteneqrodan YENİ QƏRAR: 5 ölkənin vətəndaşlarına viza tətbiq edir 18:07 Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin etdi 17:56 "Toplum TV" işi üzrə hökm oxundu 17:43 Hicablı qadınların çimərlik dilemması: Özləri hicab taxır, bəs naməhrəmləri görmələri günahdırmı? 17:26 Səudiyyə Ərəbistanında neft obyektlərinə PUA hücumu: Ər-Riyad və Şərq əyaləti hədəf alındı 17:15 Kipr heç vaxt rum tərəfinə möhtac olmayıb, bundan sonra da olmayacaq 17:09 Pirlo olmayacaq? İki məşhur məşqçi ön plana çıxdı 17:02 Paşinyan daha çox ermənidir, yoxsa Emin Hüseynov? 17:01 All News