Qarabağ separatçılarının apellyasiya prosesi davam edir

Qarabağ separatçılarının apellyasiya prosesi davam edir
14.07.2026 18:39 Hadisə

Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

TodayPress TV xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Əvvəlcə xatırladılıb ki, ötən məhkəmə iclasında təqsirləndirilən Bako Sahakyan müdafiə çıxışına başlayıb, lakin məhkəmədə fasilə elan olunduğundan o, çıxışını bu gün davam etdirəcək.

Ardınca Bako Sahakyan çıxışına davam edərək öz arqumentlərini səsləndirib, elan olunmuş ittihamlarla razılaşmadığını bildirib və birinci instansiya məhkəməsinin qərarının ləğvini xahiş edib.

Sonra təqsirləndirilən David Manukyanın müdafiəçiləri çıxış ediblər. Müdafiəçilər David Manukyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş ediblər.

Bundan sonra David Manukyan çıxış edib. O, hər iki vəkilinə təşəkkürünü bildirərək müdafiəsinə dair arqumentlərini səsləndirib.

Məhkəmənin növbəti iclası iyulun 17-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

PHOTOS

Qarabağ separatçılarının apellyasiya prosesi davam edir — 1
Qarabağ separatçılarının apellyasiya prosesi davam edir — 2
Qarabağ separatçılarının apellyasiya prosesi davam edir — 3
Qarabağ separatçılarının apellyasiya prosesi davam edir — 4
Qarabağ separatçılarının apellyasiya prosesi davam edir — 5
Qarabağ separatçılarının apellyasiya prosesi davam edir — 6
Qarabağ separatçılarının apellyasiya prosesi davam edir — 7
Qarabağ separatçılarının apellyasiya prosesi davam edir — 8
Qarabağ separatçılarının apellyasiya prosesi davam edir — 9
Qarabağ separatçılarının apellyasiya prosesi davam edir — 10
Qarabağ separatçılarının apellyasiya prosesi davam edir — 11
Qarabağ separatçılarının apellyasiya prosesi davam edir — 12
Qarabağ separatçılarının apellyasiya prosesi davam edir — 13
Qarabağ separatçılarının apellyasiya prosesi davam edir — 14
Qarabağ separatçılarının apellyasiya prosesi davam edir — 15
Qarabağ separatçılarının apellyasiya prosesi davam edir — 16
Qarabağ separatçılarının apellyasiya prosesi davam edir — 17
Qarabağ separatçılarının apellyasiya prosesi davam edir — 18
Qarabağ separatçılarının apellyasiya prosesi davam edir — 19
NEWS FEED
14 JULY 2026
Sabahdan 39 nömrəli marşrut əvvəlki kimi işləməyəcək 20:41 İlham Əliyev Peter Pelleqrini ilə görüşdən yeni video paylaşdı 20:29 İlham Əliyev Xankəndidə Peter Pelleqrinin şərəfinə rəsmi nahar verdi 20:32 İran Liberiya bayrağı altında üzən neft tankerini vurdu 20:23 Ukrayna 4 il sonra Türkiyə ilə bağlı qərar imzaladı 19:31 İran Küveytə raket zərbəsi endirdi: Partlayış səsi İraqa qədər çatdı 20:04 ABŞ İranın su və elektrik infrastrukturunu hədəf aldı 19:54 Netanyahu İranı hədələdi: “Cavabımız daha güclü olacaq” 19:43 Tramp: “Hörmüz təkcə bir ölkə üçün bağlıdır” 19:37 Tramp fikrini dəyişdi: 20 faizlik rüsum nədir ki… 19:23 Sürücülərə ŞAD XƏBƏR: Bu yollarda təmir işləri bitdi 19:12 Gəncədə daha bir yas mərasimində kütləvi zəhərlənmə baş verdi 19:06 Hər kəs Trampın bu təkrar paylaşımından danışır - FOTO 18:54 150 min avroluq dələduzluqda şübhəli azərbaycanlı Monteneqroda saxlanıldı 18:48 Qarabağ separatçılarının apellyasiya prosesi davam edir 18:39 İran İordaniyaya raket zərbələri endirir - TƏCİLİ 18:30 Ukrayna ilk dəfə bu silahları alacaq - Fransa dəstək olur 18:21 Bu yollarda tıxac var - SİYAHI 18:09 Vaxt çatdı! - Almaniya Rusiya və Ukraynaya çağırış etdi 17:52 "Beşiktaş" Leandro Trossardın transferini açıqladı 17:43 Tehrandan Trampa sərt XƏBƏRDARLIQ: Cavabımız qətiyyətli olacaq! 17:30 Yəməndən Səudiyyəyə ağır hədə: Dünyanın ən böyük neft emalı mərkəzi hədəfdə 17:23 Azərbaycanlı cərrah alman naziri əməliyyat etdi, qarşılığında ölkəsinə 40 milyon dollarlıq yardım aldı 17:15 Yaponiyada "fəlakət ssenarisi" işə düşdü, xəstəxanalar dolur 17:09 Ermənilər İlqar Mirzəyevlə Polad Həşimovun nəşini götürmək istədilər - Əsgərlər sinələrini düşmən artilleriyasının qabağına verdilər 17:05 All News