"Meydan TV" işi ilə bağlı həbs edilən şəxslərin məhkəməsi keçirilir - YENİLƏNDİ

"Meydan TV" işi ilə bağlı həbs edilən şəxslərin məhkəməsi keçirilir - YENİLƏNDİ
12.12.2025 14:35 Hadisə

"Meydan TV" işi ilə bağlı ittiham olunan şəxslərin məhkəməsi başlayıb.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilənlər barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, eləcə də onların bir neçəsi barədə cinayət işinə xitam verilməsi üçün vəsatət verilib.

Təqsirləndirilən Aynur Elgünəşin vəkili vəsatətində bildirib ki, müvəkkilinin səhhətində problemlər var və onun şahidlərə təsiretmə imkanı yoxdur. Vəkil bu səbəbdən müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib.

Məhkəmə onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, eləcə də cinayət işinə xitam verilməsi üçün olan vəsatətləri təmin etməyib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin edilib.

Qeyd edək ki, 2024 - cü ilin dekabr ayında "Meydan" TV işi üzrə Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova, bu ilin fevral ayında isə "Arqument.az" saytının baş redaktoru Şəmşad Ağa, daha sonra Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) da sözügedən cinayət işi üzrə həbs olunublar.

Həmçinin 2025-ci ilin mart ayında Ülviyyə Əli (Quliyeva), avqust ayında isə foto-müxbir Əhməd Muxtar da "Meydan tv" işi ilə bağlı həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

TodayPress TV

***

12:35

"Meydan TV" işi ilə bağlı ittiham olunan şəxslərin məhkəməsi keçirilir.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə məhkəmə istintaqının başlayacağı gözlənilir.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayında "Meydan" TV işi üzrə Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova, bu ilin fevral ayında isə "Arqument.az" saytının baş redaktoru Şəmşad Ağa, daha sonra Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) da sözügedən cinayət işi üzrə həbs olunublar.

Həmçinin 2025-ci ilin mart ayında Ülviyyə Əli (Quliyeva), avqust ayında isə fotomüxbir Əhməd Muxtar da "Meydan tv" işi ilə bağlı həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 All News