Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm verildi

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm verildi
29.07.2026 14:52 Hadisə

Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə çıxarılan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

TodayPress TV xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, müdafiə tərəfinin verdiyi şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış, əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, bir sıra xarici dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən Martin Ryan Azad Məmmədlini Bakı şəhərində Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdürüb. Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub. Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə isə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

TodayPress TV

NEWS FEED
29 JULY 2026
Elmir Çərkəzov gümüş medal qazandı 18:56 Abdurrahman Hüseynli dünya çempionatında gümüş medal qazandı 18:39 Ədliyyə Nazirliyi onu Azərbaycana gətizdirdi 18:33 Əli Cavadlı dünya çempionatında gümüş medal qazandı 18:22 Bu ərazilərdə təsərrüfat işi aparanlar diqqətli olsun! - YENİ TƏLƏBLƏR 18:19 Xalq artistinin adı bu məktəbə verildi 18:12 Magistraturaya qəbul nəticələri açıqlandı 18:03 Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu 17:45 Sabah bu rayonda qaz olmayacaq 17:29 “Real”ın yeni istedadı üçün İngiltərədən möhtəşəm təklif gəldi 17:32 Tramp İranın raket hücumlarına kəskin cavab veriləcəyini açıqladı 17:16 Roddik Sinnerin gələcək planını açıqladı 17:07 Rusiyada 16 il öncə yaşlı qadını qətlə yetirən şəxsə hökm oxundu 17:01 ABŞ İranın Qərbi Azərbaycan əyalətinə zərbə endirdi 16:44 Pekin ABŞ və İsrailə qarşı İranı silahlandırır - İDDİA 16:28 İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi 16:17 DÇ hüquqları uğrunda milyardlıq plan: İnfantinodan diqqətçəkən addım 16:14 Yaponların da kökü kəsilir - Ömür uzanır, övlad doğulmur 16:11 Yunanıstan vətəndaşları maaşının yarısını İsrailə verəcək 16:08 “Zirə” geridönüşə inanır: “Əlimizdən gələni edəcəyik” 16:07 İngilis gəncləri son 50 ilin ən kasıb dövrünü yaşayır – Əksəriyyəti valideynindən ayrılmır 16:00 Şahzadəni öldürüb dünya müharibəsi çıxartdılar - 20 milyon insan öldü 15:48 “Böyük Dəbilqə”nin yeni ulduzu? Stabbs seçim etdi 15:42 Zaxarova və Hüseynovdan Azərbaycana qarşı təxribat – “Bu, ciddi mesajdır” 15:37 Bir an hər şeyi dəyişdi: Rassellin uğursuz startının səbəbi açıqlandı 15:31 All News