Britaniya kiberdələduzluq edən Pakistan vətəndaşını Azərbaycana təhvil verəcək

Britaniya kiberdələduzluq edən Pakistan vətəndaşını Azərbaycana təhvil verəcək
15.07.2026 10:24 Hadisə

Beynəlxalq axtarışda olan şəxs Böyük Britaniyadan Azərbaycana ekstradisiya olunacaq.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluq tərəfindən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səlahiyyətli orqanlarına ünvanlanan ekstradisiya sorğusu, habelə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılmış danışıqlar nəticəsində Pakistan vətəndaşı Qasım Sohail Mohammad oğlunun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Belə ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış materiallara əsasən, Qasım Sohail Mohammad oğlunun elektron informasiya texnologiyalarından istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici bankların müştərilərinə məxsus hesablardan pul vəsaitlərini qanunsuz ələ keçirməsi, həmin vəsaitlər hesabına Bakı şəhərində fəaliyyət göstərən mağazalardan onlayn qaydada müxtəlif məhsullar əldə etməsi, sonradan bu malları səyyar qaydada sataraq pul vəsaitini nağdlaşdırması, eləcə də digər qanunsuz əməllər törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında onun barəsində Azərbaycanın Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunub. İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək Bakı şəhərində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Birləşmiş Krallıq ərazisində müəyyən edilərək saxlanılıb.

Hazırda onun Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.

TodayPress TV

NEWS FEED
15 JULY 2026
Əfsanəvi Dəməşq poladı - Şərqin sıyrılmış qılıncının sirri açıldı 13:59 Dronla vurulan gəminin kapitanı həlak oldu - FOTO 13:47 DÇ-2026: İspaniyanın finaldakı rəqibi müəyyənləşir 13:39 TƏCİLİ! ABŞ İranın ərzaq infrastrukturunu vurdu 13:21 Azərbaycanda 2200 illik qədim şəhər tapıldı 13:21 Ermənistan Zəngəzur dəhlizi ilə bağlı mühüm addım atdı 13:07 Sabah hava necə olacaq? - PROQNOZ 13:01 Amerika qafaya qoydu - İranı indi də İraqda məğlub edir 12:43 Slovakiya Prezidenti şəhidlərin xatirəsini andı 12:39 Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur? 12:36 İntiqam qaçılmaz və yaxındır: İran ordusundan ABŞ-yə sərt reaksiya 12:32 18 yaşında yox, 30 yaşında görünürlər - Həkimdən Taleh Yüzbəyova dəstək 12:12 Putin tabutunu da qoltuğuna alıb peşman döndü - Çin quyu qazdı... 11:55 Hörmüz boğazı alışdı, bir çınqıl da düşdü Bab əl-Məndəbə 11:43 Slovak lider Ulu öndərin xatirəsini ehtiramla yad etdi 11:33 800 min il əvvəl insanların od üçün istifadə etdiyi mənbə necə tapılıb? 11:08 TRİPP yolu Zəngəzur dəhlizinin bir hissəsidir, əksi mövcud deyil - TƏHLİL 11:21 Fransa yanır: Yüzlərlə yanğınsöndürən alovu ram edə bilmir - VİDEO 11:08 Oktyabrın 22-də Ağbənddən şəhid xəbəri gəldi - Xudayarın ölümü ölkəni silkələdi 11:08 Keçmiş komandirlər İsrail Ordusu haqqında elə şeylər dedilər ki... 10:55 Prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı 10:49 "Anthropic"in yeni reklamı mübahisə yaratdı: Süni intellektə etibar etmək olarmı? 10:48 Avropada minlərlə insanı öldürdü, Bakıya da çatdı – Bu saatlarda çölə çıxmayın! 10:41 "Danışmaq istəyirəm, qoymurlar..." - Haluk Levent Süleyman Soylu haqqında nə bilir? 10:36 Britaniya kiberdələduzluq edən Pakistan vətəndaşını Azərbaycana təhvil verəcək 10:32 All News