Prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

Prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı
15.07.2026 10:49 Xarici siyasət

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb.

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

2016-cı ilin 15 iyul tarixində Türkiyə Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı Vətənlərini qorumaq üçün həyatlarını qurban vermiş bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.

On il əvvəl qardaş Türkiyə müasir tarixinin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən birini yazdı. Dövlətçiliyə, konstitusiya quruluşuna, milli iradəyə və demokratik əsaslara qarşı yönəlmiş xain çevriliş cəhdi Türkiyə xalqının sarsılmaz əzmi, mətinliyi və Vətənə sonsuz sədaqəti sayəsində qətiyyətlə dəf edildi. Minlərlə insanın meydanlara axışaraq sinəsini sipər etməsi, dövlətinə, bayrağına və milli dəyərlərinə sahib çıxması əsl qəhrəmanlıq dastanı kimi əbədi olaraq milli yaddaşa həkk olundu.

Sizin qətiyyətli və uzaqgörən liderliyiniz, xalqınızın Sizin ətrafınızda sıx birləşməsi, çağırışlarınıza dərhal və tərəddüdsüz cavab verməsi həmin taleyüklü gecədə ölkənizi böyük faciələrdən xilas edən əsas amillərdən oldu. Sizin rəhbərliyinizlə Türkiyə bu sınaqdan daha da güclənərək çıxdı, öz milli iradəsini və dövlətçilik ənənələrini bütün dünyaya bir daha nümayiş etdirdi.

O tarixi gündə baş verənlər sübut etdi ki, xalq ilə dövlətin birliyi qarşısında heç bir məkrli niyyət, heç bir dağıdıcı qüvvə davam gətirə bilməz. Məhz buna görə də hər il 15 iyulda qeyd edilən "Demokratiya və Milli Birlik Günü" xalqınızın milli həmrəyliyinin, mübarizlik ruhunun, dövlətçilik ənənələrinin və azadlıq iradəsinin simvoludur.

Azərbaycan xalqı və dövləti əziz mirasımız olan "Bir millət iki dövlət" prinsipini rəhbər tutaraq həmişə olduğu kimi o həlledici anlarda da qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdi və onun yanında oldu. Bütün bunlar xalqlarımızın qardaşlığının və birliyinin nə qədər güclü və sarsılmaz olduğunu bir daha təsdiqlədi.

Əminəm ki, nəsillərdən-nəsillərə ərməğan qalan güclü Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı daha da möhkəmlənəcək, strateji müttəfiqliyimiz bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və yeni məzmunla zənginləşməyə davam edəcəkdir.

Əziz Qardaşım, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Türkiyə Respublikasına əmin-amanlıq, firavanlıq və rifah arzulayıram".

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Hörmüz boğazı alışdı, bir çınqıl da düşdü Bab əl-Məndəbə 11:43 Slovak lider Ulu öndərin xatirəsini ehtiramla yad etdi 11:33 800 min il əvvəl insanların od üçün istifadə etdiyi mənbə necə tapılıb? 11:08 TRİPP yolu Zəngəzur dəhlizinin bir hissəsidir, əksi mövcud deyil - TƏHLİL 11:21 Fransa yanır: Yüzlərlə yanğınsöndürən alovu ram edə bilmir - VİDEO 11:08 Oktyabrın 22-də Ağbənddən şəhid xəbəri gəldi - Xudayarın ölümü ölkəni silkələdi 11:08 Keçmiş komandirlər İsrail Ordusu haqqında elə şeylər dedilər ki... 10:55 Prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı 10:49 "Anthropic"in yeni reklamı mübahisə yaratdı: Süni intellektə etibar etmək olarmı? 10:48 Avropada minlərlə insanı öldürdü, Bakıya da çatdı – Bu saatlarda çölə çıxmayın! 10:41 "Danışmaq istəyirəm, qoymurlar..." - Haluk Levent Süleyman Soylu haqqında nə bilir? 10:36 Britaniya kiberdələduzluq edən Pakistan vətəndaşını Azərbaycana təhvil verəcək 10:32 Aİ və Ukrayna ordusu birləşir? - Lyayen bəyanat verdi 10:12 Lamin Yamal unikal rekorda imza atdı 10:09 Azərbaycan nefti 6%-dən çox bahalaşdı - SON QİYMƏTLƏR 10:00 Beşinci nəsil qırıcılar işə düşdü: Rusiya gecə saatlarında Çornomorsk limanını hədəf aldı - VİDEO 09:40 İranda ardıcıl partlayışlar: ABŞ-nin zərbələrindən sonra strateji liman şəhərindən yeni görüntülər yayıldı 09:30 Dünya bazarlarında neft bahalaşdı 09:23 "Sabah" Azərbaycanın əmsalını daha da artırdı 09:14 Azərbaycan XİN Türkiyəyə mesaj ünvanladı 08:45 Tramp İrana qarşı yeni hərbi əməliyyatı müzakirə etdi 08:41 Etna vulkanında aktivlik son 15 ildə xeyli artıb - SƏBƏB 08:30 SEPAH ABŞ bazalarına zərbə endirdiyini açıqladı - VİDEO 08:25 Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilər işıqsız qalacaq 23:06 2023-dən sonra ilk dəfə: BOK-un saytında Rusiya ilə bağlı dəyişiklik 00:31 Bütün Xəbərlər