Bank kartlarından 6 min manatdan çox pul oğurlandı

Bank kartlarından 6 min manatdan çox pul oğurlandı
07.06.2025 12:26 Hadisə

İyunun 6-da daxil olmuş müraciətlər əsasında aparılan araşdırmalar zamanı bir sıra şəxslərin bank hesablarından qanunsuz olaraq pul vəsaitlərinin çıxarıldığı müəyyən edilib. Oğurluq faktları üzrə 4850 AZN, 1000 AZN, 999 AZN, 750 ABŞ dolları və digər məbləğlərin ələ keçirildiyi müəyyən olunub.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Araşdırmalar göstərir ki, bu hallar adətən vətəndaşların kart məlumatlarını, xüsusilə, CVV/CVC kodu, kartın istifadə müddəti və OTP şifrəsini üçüncü şəxslərlə paylaşmaları nəticəsində baş verir.

Vətəndaşlara bir daha xatırladılır ki, bank kartı məlumatları məxfi saxlanmalı, heç bir halda tanımadığınız şəxslərlə paylaşılmamalıdır, naməlum nömrələrdən daxil olan zəng və mesajlara cavab verilməməlidir, şübhəli əlaqə halında dərhal münasibət kəsilməli, nömrə bloklanmalıdır. 

Oğurluq halları ilə qarşılaşdıqda Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis orqanına müraciət etməyiniz xahiş olunur.

XƏBƏR LENTİ
31 IYUL 2026
Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Bütün Xəbərlər