10 min sakinin istifadə etdiyi yol çökür- VİDEO

10 min sakinin istifadə etdiyi yol çökür- VİDEO
25.04.2026 22:40 Hadisə

Ağsu-Bico-Çöl Göylər avtomobil yolunun 7, 8 və 14-cü kilometrliklərində asfalt örtüyünün dağılması hərəkətin təşkilində ciddi çətinliklər yaradır.

TodayPress TV xəbər verir ki, 10-dan çox kəndin 10 minə yaxın sakininin istifadə etdiyi bu yol Şamaxı və Ağsu rayonlarını bir-biri ilə birləşdirən əsas alternativ yollardan biri hesab olunur. Vətəndaşlar mövcud problemlə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.

"Hər gün bu yoldan istifadə edirik, əziyyət çəkirik. Həm vaxtımız gedir, həm də avtomobillərimiz sıradan çıxır. Ehtiyat hissələri hazırda maşının özündən bahadır, təmir xərclərini çatdırmaq olmur. İstər təcili yardımın gəlişində, istərsə də ümumi nəqliyyatın hərəkətində böyük maneələr var. Yolda dəfələrlə qəzalar baş verib", - onlardan biri söyləyib.

Məsələ ilə bağlı Ağsu rayonu "16 №-li Yol İstismarı" MMC-dən bildirilib ki, sözügedən yolun layihə sənədləri artıq hazırdır. Sənədlər təsdiq olunduğu təqdirdə yolda əsaslı yenidənqurma və bərpa işləri həyata keçiriləcək.


TodayPress TV

NEWS FEED
30 JULY 2026
Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 All News