Prezident yeni kadr islahatlarına başlayır? Görülən işlərə kölgə salanlara növbə çatdı

Prezident yeni kadr islahatlarına başlayır?  Görülən işlərə kölgə salanlara növbə çatdı
17.04.2026 16:55 Gündəm

Ölkənin sosial-iqtisadi inkişafı xüsusi prioritet kimi ön plana çıxır. İlham Əliyevin azad olunmuş torpaqlarda başlatdığı iqtisadi inkişafın əsas nəticələri müharibənin yaralarını sağaltmaqdan başqa, Qarabağı tam inteqrasiya etmək və ölkənin insan potensialını, inkişaf meyarlarını üst səviyyəyə çatdırmaq, ölkənin digər hissələrinin inkişafı üçün də model əldə etməkdir. Biz bunları azad torpaqlarda kifayət qədər effektiv fəaliyyət göstərən Prezidentin səlahiyyətli nümayəndəliklərinin işində də görə bilirik.

2019-cu ildə başlayan islahatlar dalğasını başladan Prezident Əliyev müxtəlif dövrlərdə məmurların fəaliyyətinə dair açıq mətnlə xəbərdarlıqlar edib. 

Prezident hətta sonuncu dəfə 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edəndə bu məsələyə bir daha müraciət etdi.

O, təkəbbürlü və özünü xalqdan üstün tutan məmurlar haqqında belə dedi:  


“Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar.”

Prezident təbii ki, korrupsiya və rüşvətxorluq məsələsində də xəbərdarlığını ən üst pərdədən çatdırdı:  


“Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var.”

Prezident bildirib ki, əvvəllər bəzi mərkəzi məmurlar yerlərdəki icra başçılarını qanunsuz əməllərə məcbur edirdi. İndi isə o məmurlardan “əsər-əlamət qalmayıb”. Kadr islahatları nəticəsində vəziyyət sağlamlaşdırılıb və yeni təyin olunanlar belə qanunsuz tapşırıq almayacaqlar.  

“Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb... Mən əminəm ki, bundan sonra sizə mərkəzdən qanunsuz tapşırıq verilməyəcək.”

Prezident vurğulayıb ki, heç bir qanunsuz hərəkət cəzasız qalmayacaq və korrupsiyaya qarşı mübarizə davam etdiriləcək. Çıxış yeni təyin olunan məmurlara həm xəbərdarlıq, həm də “təmiz əllərlə işləyin” mesajı idi.

Göründüyü kimi, korrupsiya və rüşvət daim ölkə rəhbərinin əsas tənqid etdiyi məqamların önündə gəlir.

Ölkəmizin kifayət qədər həssas geosiyasi dövrlərdən keçdiyini nəzərə alsaq, ölkə daxilində vətəndaşları narazı salan istənilən addım birbaşa milli maraqlara ən böyük təhdid hesab edilməlidir.

Elə bu günlərdə baş verən təbii hadisələr, normadan artıq yağan yağışların idarə edilməsi problemi mükəmməl idarəçilik sistemi qurmuş Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmaq cəhdindən başqa bir deyil.

Gündəmdə nə qədər trend xarici xəbərlər olsa da, daxili siyasi idarəetmənin daim adekvat olması Prezidentin birbaşa gündəmindədir.


Bu günlərdə Bakıdan Qazaxa qədər yolboyu rayonlarda, Bakının çıxacağında, ucqar rayonların ərazilərində, yağışdan sonra demək olar ki, Bakının bütün rayonlarında və ətraf qəsəbələrdə yol-asfalt, su, kanalizasiya infrastrukturu əsasən problemli vəziyyətə düşüb. İllərlə qəbul edilən dövlət proqramlarına ciddi zərbə vurulub,  bütün bunlar Ölkə rəhbərinin tez-tez gündəmə gətirdiyi tənqidi məqamlarla üst-üstə düşür. Bu baxımdan, kadr islahatlarının yeni mərhələsinin başlanması istisna edilmir.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 All News