Fazil Mustafa: “Mürgüləyənlərin günahı böyükdür, yoxsa mürgülədənlərin?”

Fazil Mustafa: “Mürgüləyənlərin günahı böyükdür, yoxsa mürgülədənlərin?”
27.02.2026 10:33 Gündəm

“Ramazan ayında yuxusuzluq və gündəlik yorğunluq fonunda insanların toplantılarda əsnəməsi və ya mürgüləməsi sırf insani haldır”.

TodayPress TV xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında alimlərin toplantı zamanı yuxuya getməsi barədə öz “Facebook” hesabındakı paylaşımda bildirib.  

Deputat vurğulayıb ki, dəfələrlə bu mövzu deputatlar üzərindən də manipulyasiya edilərək milli faciə səviyyəsində bir kampaniya aparılıb. 

Onun sözlərinə görə, inkişaf etmiş cəmiyyətlərdə belə epizodlar daha çox yumorla qarşılanır və bu da cəmiyyətdə gərginlik yaratmır:

“Əlbəttə, inkişaf etmiş mədəni cəmiyyətlərdə bunun yumor üzərindən xoş bir təbəssüm yaratmasını bizim məkanda da görmək bəlkə də pis ovqat yaratmazdı. İclas ortamını, çıxışların maraqsızlığını və ya yoruculuğunu, zalın temperaturunu səbəb olaraq göstərmək kimi bir istiqamətə də yönəlməyi düşünmürəm. Müasir çağımızda bəlkə də bu şərtlərdə ən xilasedici vasitə mobil telefonlar sayılmalıdır. Başını onunla qatmaq fürsətini qaçırmadan olduğun sıxıcı məkandan yayınmaq kimi bir imkanı dəyərləndirənlər əksər hallarda hədəfə gəlmirlər”.

Fazil Mustafa hesab edir ki, AMEA-nın Rəyasət Heyətinin iclasında çəkilmiş bir neçə foto üzərindən yaradılan müzakirələr əslində böyük problem deyil:

“Düşünürəm ki, AMEA-nın Rəyasət Heyətinin iclasında bir neçə foto üzərindən qeydə alınan bu görüntünün paylaşımlarda elə bir qəbahət yoxdur. Əgər bunu səmimi bir yumor mövzusuna çevirib, epizodik bir gülümsəmə ilə yola vermək və xoş ovqat yaratmaq üçün istifadə etsəydilər, daha faydalı olardı”.

Deputat qeyd edib ki, mövzunun siyasiləşdirilməsi və alimlərin məsxərəyə qoyulması cəmiyyətin problemli düşüncə tərzini göstərir:

“Bunu bir linçetmə kampaniyası kimi məqsədli və ya məqsədsiz şəkildə siyasiləşdirənlərin axsayan elm mühitimizin gerçək tablosundan yayınaraq ayrı-ayrı sahədə faydalı tədqiqatlar aparmış alimlərin epizodik insanlıq halını məsxərəyə qoyması artıq gülüş deyil, prosesin bir bambılılıq əlaməti daşıdığını göstərir”.

O, həmçinin cəmiyyətin nəyə ağladığını və nəyə güldüyünü bilməməsinin də ciddi problem olduğunu vurğulayıb:

“Gizlətmirik ki, yaşadığımız din bizə nəyə ağladığımızı bilməyən cahil bir topluluq tablosunu yüzillərdir göstərir. Nəyə ağladığımızı bilmədiyimiz qədər nəyə güldüyümüzü də bilməyən bir topluluq olduğumuzu da yaşadığımız həyat addımbaşı bizə göstərməkdədir”.

Deputat əlavə edib ki, cəmiyyətin bu cür münasibəti insanın dəyər kimi qəbul edilməməsindən qaynaqlanır:

“Geriyə dönüb baxsanız görərsiniz ki, sinifdə və ya çevrədə olan hansısa nitqi, fiziki görkəmi anadangəlmə qüsurlu olan insanlara edilən məsxərələr, verilən xoşagəlməz adlar bizləri əsasən bu cür tərbiyə edib. Əslində insanı dəyər olaraq görməyən bütün toplumlarda xroniki bir hal kimi bu düşüncə tərzi müşahidə oluna bilər”.

Parlamentarinin sözlərinə görə, elm mühitində tənqid edilməli olan başqa problemlər var:

“Əlbəttə, məsxərəyə qoyulası, acımasızca bir tablo var, o da bir şəxsin kiminsə himayəsi ilə elmi ad almasıdır, layiq olmadığı elmi titulları daşımasıdır, öz laborantının yazdığı əsərə həmmüəllif olmasıdır, dissertasiyasını, elmi məqaləsini, kitabını kiməsə yazdırmasıdır, kiməsə hətta ehtiyac üzündən olsa belə pul qarşılığında diplom işi, dissertasiya yazmasıdır. Vicdanlı alimə isə gülmək üçün bir əsası böyük Məhəmməd Əmin bəy Rəsulzadə öz yazılarının birində müdhiş bir deyimlə verib: “Alimlər öz tənbəlliyindən məsuliyyət daşıyırlar! Yəni hansısa iclasda mürgüləyən vicdanlı, bilgili şəxsiyyət kimi tanınan bir alimin istedadının mürgüləməsini linç etmək lazımdır. Bu cür istedadlı insanların tənbəlliyini linç etmək lazımdır”.

Parlamentari bu məsələnin həm mistik, həm də sosioloji izahının olduğunu deyib:

“Mistik yöndən izahı budur ki, Allahın verdiyi ağlı, istedadı lazımı şəkildə istifadə etməyən insan faydalı, xeyirli sayıla bilməz. Sosioloji baxımdam izahı da belədir ki, yaşadığın məkanın, mənsub olduğun millətin tərəqqisi üçün çalışma imkanlarını boşa xərcləməkdəsən”.

Fazil Mustafa sonda mövzu ilə bağlı əsas sualın fərqli qoyulmasının daha doğru olduğunu qeyd edib:

“Fikrimcə, günün sualı belə olsa, daha məntiqli alınardı: Mürgüləyənlərin günahı daha böyük, yoxsa mürgülədənlərin?”

Millət vəkili sözlərini belə tamamlayıb:

“Bir azdan iclas başlayır. Allah bizi faydalı işlər üçün mürgüləyənlərdən etməsin! Üstəlik də xeyirli müsəlmanlara xeyirli Ramazan nəsib etsin! Xeyirsiz müsəlmana onsuz da heç nəyin xeyri yoxdur!”


Qiymət Mahir

NEWS FEED
31 JULY 2026
İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 All News