Britaniya İrandakı vətəndaşlarına təcili çağırış etdi– Azərbaycan sərhədi ilə bağlı vacib xəbərdarlıq

Britaniya İrandakı vətəndaşlarına təcili çağırış etdi– Azərbaycan sərhədi ilə bağlı vacib xəbərdarlıq
23.07.2026 12:41 Gündəm

Böyük Britaniya öz vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib və hazırda bu ölkədə olan britaniyalıları təhlükəsizlik risklərini ciddi qiymətləndirməyə çağırıb.

TodayPress TV Azpost.info-ya istinadən bildirir ki, Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Nazirliyinin (FCDO) yenilənmiş səyahət tövsiyəsində bildirilir ki, Britaniyanın İrandakı səfirliyi fəaliyyətini məsafədən davam etdirir.

Rəsmi xəbərdarlıqda qeyd olunur ki, İranda olan Britaniya vətəndaşları yerli və beynəlxalq xəbərləri diqqətlə izləməli, təhlükəsizlik və hərbi obyektlərin yaxınlığından uzaq durmalı, həmçinin ölkəni tərk etmək planlarını mütəmadi yenidən nəzərdən keçirməlidirlər.

Sənəddə vurğulanır ki, İranın qonşu ölkələrlə sərhədləri xarici vətəndaşlar üçün məhdudlaşdırıla və ya qısa müddətdə bağlana bilər. Quru sərhədi ilə ölkədən çıxmaq istəyən şəxslərə əvvəlcədən giriş qaydalarını və viza tələblərini yoxlamaq tövsiyə olunur.

Azərbaycan sərhədi ilə bağlı xüsusi qayda

FCDO Azərbaycanın İranla sərhədini keçmək istəyən Böyük Britaniya vətəndaşları üçün ayrıca prosedur müəyyən edildiyini açıqlayıb. Bildirilib ki, Britaniya Xarici İşlər Nazirliyi əvvəlcədən vətəndaşın məlumatlarını Azərbaycan hakimiyyətinə təqdim etməli və bunun əsasında xüsusi qeydiyyat kodu alınmalıdır. Bundan əlavə, Azərbaycana daxil olmaq üçün etibarlı viza da tələb olunur.

Türkiyə sərhədində də məhdudiyyətlər var

Nazirliyin məlumatına görə, İran-Türkiyə sərhədi Britaniya və İran pasportu sahibləri üçün vizasız keçid baxımından açıq qalsa da, quru sərhədini keçmək istəyən Britaniya vətəndaşları əvvəlcədən Ankaradakı Böyük Britaniya səfirliyi ilə əlaqə saxlamalıdırlar.

Bununla yanaşı, Türkiyə hakimiyyəti İran tərəfinin Esendere–Sero sərhəd-keçid məntəqəsini gündəlik ticarət məqsədilə bağladığını da açıqlayıb.

Britaniya Xarici İşlər Nazirliyi vurğulayır ki, İrandan quru yolla çıxmağa qərar verən şəxslər bunu tamamilə öz riskləri ilə həyata keçirirlər və sərhəddə yaranacaq problemlərə görə əvvəlcədən hazırlıqlı olmalıdırlar.

TodayPress TV

NEWS FEED
23 JULY 2026
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir? 15:44 Rusiya 400 məktəblini Şimali Koreyaya niyə göndərdi ? -VİDEO 15:41 Gədəbəydə tarixi kəşf: Xarxarda 500-ə yaxın qəbir tapıldı 15:27 "Araz-Naxçıvan" heyətini qvineyalı futbolçu ilə gücləndirdi 15:27 Tofiq Mirzəyev İsraildə dəfn olundu 15:08 Azərbaycana turist axını 10 %-dən çox azalıb 15:00 ABŞ boğaza kimi borcun içindədir - Vaşinqtonun borclandığı ölkələrin SİYAHISI 14:54 TƏCİLİ - Moskvada təyyarə qəzaya uğradı 14:45 Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA 14:40 İraqın Baş naziri Tehrana səfər etdi 14:14 23 iyul 1993: Ağdamın işğalı Birinci Qarabağ müharibəsinin dönüş nöqtəsi 13:59 İlhamə Novruzova vəzifəsindən azad edildi 13:43 İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək 13:33 İran raketlərinin ABŞ qüvvələrinin yerləşdiyi bazaya zərbə endirdiyi an - VİDEO 13:26 Vaşinqton Kubaya yeni şərtlər irəli sürür - Ya dəyişəcəksiniz, ya da... 13:22 Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi 13:16 Azərbaycan şirkəti ABŞ-də neft yataqları aldı– Tarixi razılaşma 13:12 Xaçaturyanın vəziyyəti pisləşdi: Xəstəxanaya yerləşdirildi 12:59 Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək 12:55 Ölkə ərazisində gözlənilən hava proqnozu açıqlandı 12:51 Britaniya İrandakı vətəndaşlarına təcili çağırış etdi– Azərbaycan sərhədi ilə bağlı vacib xəbərdarlıq 12:46 Aralıq dənizi "ortada" qaldı: Türkiyə ilə İsrail arasında sular isinir 12:32 Türkiyədə zəlzələ oldu 12:11 Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı 12:08 Peşə üzrə təhsil alanlar yataqxanalara bu qədər ödəniş edəcəklər 12:03 All News