Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” uğurla başa çatdı

Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” uğurla başa çatdı
23.06.2025 18:05 Elm və Təhsil

ADA Universitetinin İxtisasartırma Proqramı və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) birgə təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən “Xarici Siyasət Proqramı” iyunun 22-də uğurla başa çatdı.

TodayPress TV xəbər verir ki, 9–22 iyun tarixlərini əhatə edən proqram çərçivəsində Avropa, Latın Amerikası, Afrika, Okeaniya, Orta Şərq və Asiyanı təmsil edən 27 ölkədən 30 xarici diplomat ADA Universitetində bir araya gəlib. 

Proqram çərçivəsində iştirakçılar üçün ADA Universitetinin professor-müəllim heyəti, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Xarici İşlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi müavinləri, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin müşavirləri səviyyəsində çıxışçılar, və digər dövlət və özəl sektordan dəvət edilmiş yüksək rütbəli ekspertlər tərəfindən geniş məruzələr təqdim olunub. Təlimlərdə milli kimlik, regionun siyasi tarixi, COP29, Azərbaycanın xarici siyasət prioritetləri, enerji diplomatiyası, regionun geosiyasəti və təhlükəsizliyi, Azərbaycanın iqtisadi inkişaf strategiyası, işğaldan azad edilmiş Qarabağın bərpası və sülh quruculuğu prosesi, ictimai diplomatiya, ticarət və nəqliyyat şəbəkələri, beynəlxalq cinayətkarlıqla mübarizə, liderlik və ictimai nitq bacarıqları, Azərbaycanın turizm imkanları,  kimi mövzular əhatə olunub.

Həmçinin əcnəbi diplomatlar Xarici İşlər Nazirliyi və Milli Məclisdə keçirilən dəyirmi masalarda Azərbaycanın xarici siyasətini müzakirə ediblər. 

Proqram çərçivəsində iştirakçılar Azərbaycanın azad edilmiş ərazilərinə – Şuşa və Xankəndi şəhərlərinə səfər edərək regionun tarixi, mədəni və siyasi reallıqları ilə əyani şəkildə tanış olublar. İki həftəlik proqram boyunca onlar eyni zamanda ölkənin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı da əldə ediblər.

Bağlanış mərasimində çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektoru Dr. Elkin Nurməmmədov proqram iştirakçılarını təbrik edərək, bu təşəbbüsün ölkələrarası dialoqu və qarşılıqlı anlaşmanı gücləndirəcəyinə inandığını bildirib. Prorektor müşaviri və İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva qeyd edib ki, bu il proqram iştirakçı sayı və coğrafi əhatəsinə görə rekord göstəricilərlə yadda qalıb. O, proqramı yalnız Azərbaycan və regionu tanımaq üçün fürsət deyil, həm də diplomatik bacarıqların inkişafı üçün mühüm bir öyrənmə platforması kimi dəyərləndirib. 

Tədbirdə Çili, Qırğızıstan, Ukrayna və Fələstin kimi ölkələrin Azərbaycandakı səfirləri və digər diplomatik nümayəndələri də iştirak edərək proqramın uğurunu vurğulayıblar və iştirakçıları təbrik ediblər.

Mərasim iştirakçılara sertifikatların təqdim olunması ilə başa çatıb.

Qeyd edək ki, 2018-ci ildən etibarən keçirilən bu proqram çərçivəsində bu günədək 89 ölkədən 148 diplomat məzun olub.

FOTOLAR

Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” uğurla başa çatdı — 1
Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” uğurla başa çatdı — 2
Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” uğurla başa çatdı — 3
Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” uğurla başa çatdı — 4
Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” uğurla başa çatdı — 5
Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” uğurla başa çatdı — 6
Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” uğurla başa çatdı — 7
XƏBƏR LENTİ
16 IYUN 2026
Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 Bütün Xəbərlər