Peşə üzrə təhsil alanlar yataqxanalara bu qədər ödəniş edəcəklər
Peşə təhsili müəssisələrində təhsil alan tələbələr üçün yataqxana imkanları genişləndirilir.
TodayPress TV xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, hazırda 8 peşə təhsili müəssisəsində ümumilikdə 1000-ə yaxın yataqxana yeri mövcuddur. Yataqxanalarda aylıq ödəniş məbləği 30–200 manat arasında dəyişir.
İlqar Bayramlı bildirib ki, Bərdə Dövlət Peşə Təhsil Mərkəzində 2 binada 192 yer mövcuddur və aylıq ödəniş 40–60 manat təşkil edir. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində 128 yer üçün ödəniş 45–70 manat, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində 80 yer üçün 60 manat, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində isə 136 yer üçün 30–50 manat müəyyən edilib.
Agentlik rəhbəri qeyd edib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 174 yer mövcuddur və aylıq ödəniş 100–200 manat arasında dəyişir. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində 54 yer üzrə ödəniş 50–120 manat, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində 80 yer üzrə 30–60 manat, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində isə 87 yer üzrə 50 manat təşkil edir.
Qiymət Mahir