Məktəbin “əlaçı”ları imtahanda 100 bal toplaya bilmədi - ŞOK STATİSTİKA

Məktəbin “əlaçı”ları imtahanda 100 bal toplaya bilmədi - ŞOK STATİSTİKA
20.06.2026 22:25 Elm və Təhsil

Ötən il əlaçı kimi məzun olan 513 şagirdin qəbul imtahanlarında 0-200 bal aralığında nəticə göstərməsi məktəblərdə qiymətləndirmə sisteminin etibarlılığı ilə bağlı müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu statistika məktəblərdə qiymətləndirmənin hər zaman obyektiv aparılmadığını göstərir.


Onun sözlərinə görə, əlaçı attestatı alan 513 şagirddən 32 nəfərinin hətta 0-100 bal aralığında nəticə göstərməsi ciddi uyğunsuzluqdur:

“Bu göstəricilər onu deməyə əsas verir ki, bəzi hallarda məktəblərdə şagirdlərin bilikləri obyektiv qiymətləndirilmir. Çünki digər statistik məlumatlarda qiymətləri 3 və ya 4 olan şagirdlərin 500 və daha yüksək bal topladığı halları da görürük. Bu isə formal və ya qərəzli qiymətləndirmə hallarının mövcudluğunu göstərir”.

Ekspert qeyd edib ki, məktəbdə verilən qiymətlərlə qəbul imtahanı nəticələri arasında müəyyən fərqlərin olması normal sayılsa da, yüzlərlə əlaçı məzunun 200 bal həddini keçə bilməməsi artıq sistemli problemdən xəbər verir.

Elçin Əfəndinin fikrincə, təhsil müəssisələrində qiymətləndirmə mexanizmlərinə nəzarət gücləndirilməli, müəllimlər şagirdlərin real bilik və bacarıqlarına əsaslanaraq qiymət verməlidirlər.

“Məktəblərdə qiymətləndirmə prosesinə daha ciddi nəzarət edilməlidir ki, formal qiymətləndirmə halları aradan qalxsın və şagirdlər yalnız real bilik səviyyələrinə uyğun qiymətləndirilsinlər”, – deyə, ekspert vurğulayıb.

Xanım Musayeva

NEWS FEED
05 AUGUST 2026
U-15 qız millimiz beynəlxalq arenada öz sözünü deməyə hazırdır 15:53 Deputat: "Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir" 15:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 15:39 Yayda balıq tutanlara xəbərdarlıq - Qadağaları pozanları nə gözləyir? 15:24 Hikmət Hacıyev: Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz 15:12 İldırım meydanda faciə yaratdı: futbolçu həyatını itirdi 15:04 Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı 14:57 İsti havada niyə insanlarla ünsiyyət qurmaq istəmirik? - Psixoloq açıqladı 14:47 Ukrayna Rus dronlarının yaradıcısını hədəf taxtasına qoydu - GÖRÜNTÜLƏR 14:40 Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək? 14:30 Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək 14:26 Digahda məhkuma aid silah-sursat aşkarlandı 14:11 Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı! 14:15 Özbəkistan elə bir addım atdı ki... - Mərkəzi Asiya Kremlin kölgəsindən çıxır? - ŞƏRH 14:10 Şvartsman yenidən böyük səhnəyə qayıda bilər! 13:32 Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir 13:18 “1990-cı ildə “Ermənistanın Elçibəyi” hakimiyyətə gəlsəydi…” – Akobyandan qəribə iddia 13:08 MVP Branson yeni rekordun sahibinə çevrildi! 13:03 Transfer tamamlandı: Bruno Gimarayes “Arsenal”da! 12:58 “Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil 12:55 Leverkuzen klubu transfer bombasını partlatdı! 12:49 Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! 12:37 “Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 All News