Gələcəyin peşələri dəyişir: Gənclər ən çox hansı ixtisaslara üz tutur?

Gələcəyin peşələri dəyişir: Gənclər ən çox hansı ixtisaslara üz tutur?
06.08.2026 16:48 Elm və Təhsil

Avqustun 13-19-da ali təhsil müəssisələrinə ixtisas seçimi aparılacaq. İxtisas seçimi ərəfəsində abituriyentləri ən çox maraqlandıran məsələlərdən biri də hansı ixtisaslara tələbatın daha yüksək olmasıdır.

Təhsil eksperti Ramin Nurəliyev TodayPress TV-yə açıqlamasında bildirib ki, abituriyentlərin maraq göstərdiyi ixtisaslar ixtisas qruplarına görə fərqlənir və seçimlər əsasən toplanan bala uyğun formalaşır.


Onun sözlərinə görə, I ixtisas qrupunda ən böyük maraq kompüter yönümlü ixtisaslaradır:

"Bu gün artıq gələcəyin süni intellekt üzərində qurulacağını hər kəs görür. Məhz buna görə də gənclər kompüter yönümlü ixtisaslara daha çox üstünlük verirlər. Riyaziyyat-kimya altqrupunda isə qida mühəndisliyi, neft-kimya, kimya mühəndisliyi, eləcə də nəqliyyatda logistika kimi ixtisaslar abituriyentlərin maraq dairəsindədir. Burada seçimlər əsasən keçid balına uyğun tənzimlənir. Yüksək bal toplayanlar daha çox kimya mühəndisliyi və neft-qaz mühəndisliyini seçirlər. Nisbətən aşağı bal toplayanlar isə qida sektoru və nəqliyyatda logistika istiqamətlərinə üstünlük verirlər".

Ekspert əlavə edib ki, II ixtisas qrupunda maliyyə və iqtisadiyyat istiqamətləri ən çox seçilən sahələr sırasında yer alır:

"Bu qrupda əsas maraq maliyyə, iqtisadiyyat, beynəlxalq ticarət və logistika ixtisaslarınadır. Bəzi hallarda dövlət sifarişi əsasında turizm ixtisasını seçənlər də olur. Bu daha çox orta bal toplayan abituriyentlər arasında müşahidə edilir. Yüksək bal toplayanlar isə əsasən tədrisi ingilis dilində aparılan maliyyə, iqtisadiyyat, beynəlxalq ticarət və logistika proqramlarına üstünlük verirlər".

O, III ixtisas qrupunda hüquq ixtisasının yenə də ən prestijli seçimlərdən biri olduğunu vurğulayıb:

"III ixtisas qrupunda hüquq, dövlət və ictimai münasibətlər, beynəlxalq münasibətlər, həmçinin pedaqoji istiqamətlərdən ingilis dili müəllimliyi daha çox seçilir. Xüsusilə hüquq ixtisası yüksək bal toplayan abituriyentlərin əsas seçimidir. Orta bal toplayanlar isə pedaqoji ixtisaslarla yanaşı, sosial iş ixtisasına da maraq göstərirlər.  IV ixtisas qrupunda isə liderliyi ənənəvi olaraq tibb istiqaməti qoruyur. Bu qrupda birinci yerdə Tibb Universitetinin ixtisasları gəlir. Tibb, stomatologiya və digər tibb istiqamətləri ən çox seçilən sahələrdir. Bundan sonra psixologiya və biotexnologiya ixtisasları gəlir. Xüsusilə biotexnologiya son illər gənclərin maraq göstərdiyi perspektivli sahələrdən birinə çevrilib".

Ramin Nurəliyev V ixtisas qrupunda isə daha çox İdman Akademiyası və dizayn ixtisaslarının seçildiyini bildirib. Bununla belə, o hesab edir ki, süni intellektin sürətli inkişafı gələcəkdə dizayn sahəsinə olan tələbatı azalda bilər:

"V qrup abituriyentləri arasında İdman Akademiyasına maraq kifayət qədər yüksəkdir. Bununla yanaşı, dizayn ixtisası da geniş seçilir. Ancaq hesab edirəm ki, gələcəkdə dizayn əvvəlki qədər tələbatlı olmayacaq. Süni intellekt artıq bu sahədə ciddi imkanlar yaradır. Bu gün müxtəlif süni intellekt platformaları, o cümlədən ChatGPT vasitəsilə bir binanın və ya evin şəklini yükləyib qısa zamanda fərqli dizayn layihələri əldə etmək mümkündür. Bu texnologiyalar inkişaf etdikcə dizayn sahəsində çalışan mütəxəssislərə olan ehtiyac müəyyən qədər azala bilər".

Ekspert hesab edir ki, builki ixtisas seçimində də ən böyük rəqabət kompüter yönümlü ixtisaslar, hüquq, maliyyə və tibb istiqamətlərində müşahidə olunacaq.

Türkan İsgəndərli

TodayPress TV

PHOTOS

Gələcəyin peşələri dəyişir: Gənclər ən çox hansı ixtisaslara üz tutur? — 1
NEWS FEED
06 AUGUST 2026
"Real Madrid" TƏSDİQLƏDİ - Klub tarixinin ən bahalı transferi gerçəkləşdi 01:41 İsrail-Livan danışıqlarının 7-ci raundu Romada davam edir - DETALLAR 18:32 Sərnişinlərin NƏZƏRİNƏ! - 6 avtobusun marşrutu dəyişdi 18:25 Ukraynanın gizli dron şəbəkəsi - Günə 200-dən çox PUA! 18:10 Qərbi Nil virusu kütləviləşir: 23 yeni yoluxma faktı üzə çıxdı 18:08 Husilər dayanmır! - Yəməndə hərbi düşərgələr hədəf alındı 18:04 Moskvadan İrəvana açıq mesaj – Qərbə bel bağlamayın! 17:58 Rusiya XİN : Qərb Kiyevin mülki şəxslərə qarşı dron hücumlarına şərikdir 17:50 Azərbaycan XİN Boliviyanı təbrik etdi 17:51 Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombaladı - ÖLƏNLƏR VAR 17:35 Macarıstan zəfərindən sonra Norrisdən maraqlı açıqlama! 17:06 Gözlər yüksək təzyiqin aynasıdır – Oftalmoloqdan vacib xəbərdarlıq 17:00 Acı qidalardan kimlər uzaq durmalıdır? – Qastroenteroloq açıqladı 16:53 Gələcəyin peşələri dəyişir: Gənclər ən çox hansı ixtisaslara üz tutur? 16:48 Metroda 10 aylıq fasilə: Bakı nəqliyyatında nələr dəyişəcək? 16:45 Estoniyada məktəblilər üçün dron kursu başlayır 16:44 Türkiyə nəhəngi Salah transferini bitirdi! 16:35 2026 reqlamentinin sirrini “McLaren” açıqladı! 16:16 ABŞ üçün məsələ təkcə İran deyil - TRAMPIN YAXIN ŞƏRQ PLANI NƏDİR ? 16:15 Bu qida qocalmanı ləngidə bilər 16:01 Özbəkistan millisinin baş məşqçisi açıqlama verdi 16:01 İdman edənlərin nəzərinə: Yorğunluq hissini necə dəf etmək olar? 15:49 Qan təzyiqini ayaqda ölçün - Mütəxəssislər açıqladı 15:39 Ən faydalı şokolad növü açıqlandı - Bu növ iltihabı azalda bilər 15:31 Sanders: Pulu İsrailə yox vətəndaşlarımıza xərcləməliyik 15:18 All News