Beynəlxalq Robot Olimpiadasının açılış mərasimi keçirildi

Beynəlxalq Robot Olimpiadasının açılış mərasimi keçirildi
20.06.2026 21:15 Elm və Təhsil

Bakı Ali Neft Məktəbinin (BANM) ev sahibliyi etdiyi "Azerbaijan International Robotics Olympiad-AIRO 2026" Beynəlxalq Robot Olimpiadasının açılış mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BANM-ın Beynəlxalq Robot Olimpiadası kimi nüfuzlu tədbirlərə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. Rektor qeyd edib ki, bu cür yarışlar gənclərin robototexnikaya marağını daha da artırır. BANM-də tezliklə Robototexnika Mərkəzinin yaradılacağını da bildirən rektor bu sahəyə xüsusi diqqətin ayrılmasının vacib olduğunu vurğulayıb.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva bu cür müsabiqələrin gənclərin istedadlarının aşkarlanması üçün əvəzolunmaz platforma olduğunu qeyd edib. Bildirib ki, mühəndis düşüncəsinin inkişafı, gənclərin bilik və bacarıqlarının artırılması bu günün tələbidir və Bakı Ali Neft Məktəbi bu missiyanın öhdəsindən uğurla gəlir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal səriştələrin inkişafı departamentinin müdiri Vüsalə Qurbanova, "Azerbaijan International Robotics Olympiad"ın baş koordinatoru İmamir Mirzoyeva, "XBOT AZ" şirkətinin təsisçisi Erika Xu da çıxış edərək Beynəlxalq Robot Olimpiadasının uğurlu təşkili və əhəmiyyətindən danışıblar.

Tədbir çərçivəsində Bakı Ali Neft Məktəbi," XBOT AZ" və Çinin Yushu Technology Co., Ltd. şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, olimpiada BANM, Gənclər və İdman Nazirliyi, AzeRobot Education, İRİA, Bakı Abadlıq Xidməti, Maestro School, AKTA, XBOT və digər tərəfdaşların dəstəyi ilə keçirilir.

Artıq ikinci dəfədir təşkil olunan və 8 yaşdan yuxarı şagirdləri, tələbələri və robototexnika həvəskarlarını birləşdirən yarış texnologiya sahəsindəki gənc istedadların öz bacarıqlarını nümayiş etdirməsi üçün unikal platformadır.

Yarışda iştirak etmək üçün 8 fərqli ölkədən 733 iştirakçı, 356 komanda qeydiyyatdan keçib.

Yarışın xüsusi qonaqları sırasında Tokioda keçirilən "All Japan Robot Sumo Tournament" nümayəndələri, Rumıniyada təşkil olunan "Robochallenge" yarışının baş koordinatorları, həmçinin Türkiyədən olan sahə mütəxəssisləri yer alır. Onlar "Mega Sumo", "Mini Sumo" və digər kateqoriyalarda beynəlxalq hakimlər kimi çıxış edirlər.

Yarışın yekununda qaliblər elan ediləcək. Hər bir kateqoriyada fərqlənən iştirakçılara medallar, diplomlar və qiymətli mükafatlar təqdim olunacaq. Xüsusilə "Mega Sumo", "Mini Sumo" və "Mini Sumo kids" kateqoriyalarının qalibləri Yaponiya, Rumıniya və Yunanıstanda keçiriləcək beynəlxalq robot yarışlarında ölkəmizi təmsil etmək hüququ qazanırlar.

TodayPress TV

NEWS FEED
05 AUGUST 2026
Ukrayna Rus dronlarının yaradıcısını hədəf taxtasına qoydu - GÖRÜNTÜLƏR 14:40 Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək? 14:30 Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək 14:26 Digahda məhkuma aid silah-sursat aşkarlandı 14:11 Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı! 14:15 Özbəkistan elə bir addım atdı ki... - Mərkəzi Asiya Kremlin kölgəsindən çıxır? - ŞƏRH 14:10 Şvartsman yenidən böyük səhnəyə qayıda bilər! 13:32 Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir 13:18 “1990-cı ildə “Ermənistanın Elçibəyi” hakimiyyətə gəlsəydi…” – Akobyandan qəribə iddia 13:08 MVP Branson yeni rekordun sahibinə çevrildi! 13:03 Transfer tamamlandı: Bruno Gimarayes “Arsenal”da! 12:58 “Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil 12:55 Leverkuzen klubu transfer bombasını partlatdı! 12:49 Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! 12:37 “Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlandı - FOTOLAR 12:17 Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi 12:16 HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi 12:08 Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz etdi 11:59 Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ 09:08 Bir şaiyə onları dənizə tökdü - Seutada nə baş verir ? 11:35 Həmiltonun yüksəlişinin sirri məlum oldu 11:25 Dürantın “Filadelfiya” fikrinin pərdəarxası açıqlandı 11:18 Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı 11:16 All News