62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək

62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
12.03.2026 12:16 Elm və Təhsil

Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək.

Bu barədə TodayPress TV-yə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, DİM tərəfindən martın 15-də Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Yasamal rayonları, Abşeron (II hissə), Sumqayıt (II hissə), Gəncə (II hissə), Mingəçevir, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Göyçay, Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Masallı, Astara, Yardımlı, Lerik, Ağcabədi, Beyləqan, Ağdam (o cümlədən Xıdırlı, Kəngərli kənd tam orta məktəbləri), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd orta məktəbləri), Xankəndi (Şəhər 4 nömrəli məktəb), Şuşa (Şəhər 1 nömrəli məktəb), Laçın (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri), Kəlbəcər (Şəhər 1 nömrəli tam orta məktəb), Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusarda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Martın 15-də Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərdə təhsil alanlar da imtahan verirlər.

İmtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan iştirakçıları "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından martın 5-dən etibarən çap edib götürə bilirlər.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4645 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 267 ümumi imtahan rəhbəri, 767 imtahan rəhbəri, 5776 nəzarətçi, 807 buraxılışı rejimi əməkdaşı (mühafizə), 267 bina nümayəndəsi ayrılıb.

Martın 15-də keçiriləcək imtahanda 62033 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

TodayPress TV

NEWS FEED
02 AUGUST 2026
Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 All News