Fərhad Hacıyev: “İdarəetmə bacarıqları imtahanı Kadr Bankının formalaşmasına xidmət edir”

Fərhad Hacıyev: “İdarəetmə bacarıqları imtahanı Kadr Bankının formalaşmasına xidmət edir”
01.06.2025 12:35 Elm və Təhsil

İyunun 1-də beşinci “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin İdarəetmə bacarıqları imtahanı başlayıb. 

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə keçirilən “Yüksəliş” müsabiqəsi qara qızılın insan kapitalına çevrilməsi istiqamətində atılmış əsas addımlardan biridir. Eyni zamanda, bu müsabiqə innovativ yanaşmalara əsaslanan, şəffaf və obyektiv seçim mexanizmi ilə ölkənin Kadr Bankının formalaşdırılmasına xidmət edən strateji addımdır. 

İmtahan Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda 2 sessiya olmaqla keçirilir. İdarəetmə bacarıqları üzrə imtahanda Analitik təhlil imtahanından uğurla keçən 1478 nəfər iştirak edib. Burada iştirakçılara 2 hissədən ibarət olmaqla situasiya mühakimə və emosional zəka testləri təqdim olunub. Sualları cavablandırmaq üçün iştirakçılara ümumilikdə 3 saat 45 dəqiqə vaxt ayrılıb. 

“Yüksəliş” müsabiqəsinin beynəlxalq standartlara uyğun şəkildə təşkil olunmasının daha bir göstəricisi isə xaricdə yaşayan iştirakçılar üçün yaradılmış distant imtahan imkanıdır. Bu namizədlər üçün imtahan proktorinq üsulu ilə, onlayn formatda və iki sessiyada təşkil edilib. Hər bir iştirakçı şəxsiyyət vəsiqəsi ilə elektron qeydiyyatdan keçərək QR-kod vasitəsilə imtahan zalına daxil olub, bu isə imtahanın təhlükəsizlik və şəffaflıq səviyyəsini artıran əsas texnoloji yeniliklərdəndir.

Qeyd edək ki, müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları T-şkala ilə hesablanacaq. T-şkalası bir çox məşhur beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.

İdarəetmə bacarıqları imtahanının nəticələri imtahan bitdikdən sonra 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək.

Əyani mərhələni uğurla başa vuran iştirakçılar müsabiqənin yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə beşinci “Yüksəliş” müsabiqəsi başa çatacaq.

Xatırladaq ki, bu il “Yüksəliş” müsabiqəsinə rekord sayda müraciət daxil olaraq ümumilikdə 16553 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 7256 nəfər Ümumi biliklər mərhələsini uğurla keçərək Analitik təhlil imtahanında iştirak etmişdir. Növbəti addımda isə 1478 namizəd əyani mərhələnin son turu olan İdarəetmə bacarıqları imtahanında iştirak hüququ qazanmışdır.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər