Zelenski: "Ukrayna təhlükəsizlik sahəsində təcrübəsini Qətərlə bölüşür"

Zelenski: "Ukrayna təhlükəsizlik sahəsində təcrübəsini Qətərlə bölüşür"
29.03.2026 00:34 Dünya

Ukraynanın ekspertlər komandası Qətərdə işləyir, orada təhlükəsizlik sahəsindəki təcrübəsini və peşəkar nailiyyətlərini bölüşür.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, mütəxəssislər artıq təhlükəsizlik sahəsindəki vəziyyətin ümumi qiymətləndirilməsini aparıb, Qətərin hava təhdidlərinə qarşı mübarizə imkanlarını öyrənib və ölkənin hava məkanının müdafiəsini gücləndirmək üçün konkret həllər hazırlayıblar.

Zelenski qeyd edib ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə görüş zamanı Ukrayna komandasının işinin yüksək qiymətləndirdiyini və verilmiş məsləhətlərə görə minnətdarlığı eşidib.

O vurğulayıb ki, hazırda region üçün əsas təhlükə ballistik raketlər və pilotsuz uçuş aparatlarının (PUA) hücumları olaraq qalır. Bununla yanaşı, Prezidentin bildirdiyinə görə, hava hücumundan müdafiə sistemləri ilə yanaşı, Ukrayna dronlarla mübarizə üçün iqtisadi cəhətdən daha səmərəli həllər də hazırlayıb. "Bunlar da müxtəlif növ PUA-lara qarşı öz səmərəliliyini artıq sübut edib",- o bildirib.

Onun sözlərinə görə, Qətər müxtəlif istiqamətlər üzrə uzunmüddətli əməkdaşlığa köklənib.

O, həmçinin regionda sabitliyin bərpasının vacibliyini vurğulayıb və qarşılıqlı yardımın qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verdiyi yanaşmanı dəstəklədiyini bildirib.

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 All News