Xəzəryanı ölkələr İranda toplanacaq

Xəzəryanı ölkələr İranda toplanacaq
11.08.2026 11:51 Dünya

Gələn ay İranda beş Xəzəryanı ölkənin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə konfrans keçiriləcək.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.

O deyib ki, sahilyanı ölkələrin razılığı ilə konfransın Tehranda keçirilməsi üçün şərait yaradılıb və sentyabrın 23-də beş sahilyanı ölkənin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə toplantının keçirilməsi planlaşdırılır.

Qəribabadi vurğulayıb ki, sahilyanı ölkələrin Tehranda iştirakı ümumi maraq doğuran məsələləri müzakirə etmək, ikitərəfli və çoxtərəfli əlaqələri gücləndirmək, fikir mübadiləsi aparmaq və gələcəkdə daha konstruktiv qarşılıqlı fəaliyyət üçün zəmin yaratmaq baxımından imkan yarada bilər.

Nazir müavini xatırladıb ki, 23 il əvvəl məhz bu gün Xəzər dənizinin beş sahilyanı ölkəsi Tehranda Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasını, digər adı ilə Tehran Konvensiyasını imzalayıb və sənədin icrasına başlanılmasından 20 il ötür.

XİN rəhbərinin müavini qeyd edib ki, regionda son hadisələr, xüsusilə İsrail və ABŞ-ın İran İslam Respublikasına qarşı 40 günlük müharibəsi və onun nəticələri Xəzər dənizinin geosiyasi və strateji əhəmiyyətini bir daha ön plana çıxarıb.

O əlavə edib ki, Xəzərin təhlükəsizliyi ilk növbədə regional və daxili məsuliyyətdir və bu təhlükəsizlik sahilyanı ölkələr tərəfindən, onların razılaşdırdığı mexanizmlər vasitəsilə təmin edilməli və qorunmalıdır.

NEWS FEED
11 AUGUST 2026
Rusiyanın Ukraynadakı hədəfləri açıqlandı - ŞOK SSENARİ 13:44 “Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin! 13:04 TIR-la minik maşını toqquşdu, xəsarət alanlar var - FOTO 13:14 Bəşər Əsəd və yaxınları ölüm cəzasına məhkum edildi – QƏRAR 13:09 Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə 13:00 Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO 12:57 Sabah hava necə olacaq ? 12:42 Uitkoff Naxçıvanla bağlı açıqlama verdi 12:48 Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir 12:32 Bəzi yerlərdə leysan yağıb 12:26 Tramp İran üçün 3 ssenarini açıqladı – “Çox sərt zərbə vura bilərik” 12:21 Husilər Səudiyyə gəmisini vurdu - ekipaj üzvləri həlak oldu 12:16 PSJ gələcəyin ulduzunu tapdı! 16 yaşlı hücumçu Parisə gedir 12:06 Gözlər İlham Əliyevin Naxçıvana tarixi səfərində - Müharibədən sonra ilk 12:09 Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü 12:01 “Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir! 11:44 Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Xəzəryanı ölkələr İranda toplanacaq 11:51 FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək! 11:33 Canlı efirdə Britaniya kralının ölüm xəbəri yayımlandı 11:38 Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu 11:29 Sosial jetlag yuxu rejimini poza bilər 11:07 Ədliyyə sistemində dəyişiklik edildi 11:18 All News