Vaşinqtonda atışmada şübhəli bilinən şəxslə bağlı TƏFƏRRÜATLAR

Vaşinqtonda atışmada şübhəli bilinən şəxslə bağlı TƏFƏRRÜATLAR
27.11.2025 11:00 Dünya

Vaşinqtonda Ağ Evin yaxınlığında baş verən atışma ilə bağlı yeni detallar açıqlanıb.

TodayPress TV xəbər verir ki, "CNN" və "NBC News"un məlumatına görə, saxlanılan şübhəli əvvəllər Əfqanıstanda ABŞ-nin müxtəlif dövlət qurumlarında, o cümlədən kəşfiyyat sahəsində çalışıb.

ABŞ administrasiyası həmin şəxsin ölkəyə buraxılmasını onun hökumət strukturlarında keçmiş işi ilə əsaslandırıb. FTB hadisəni beynəlxalq terror aktı ehtimalı ilə araşdırır, motiv isə hələ müəyyən olunmayıb.

FTB direktoru Cash Patel bildirib ki, atışma federal hüquq-mühafizə orqanlarına hücum kimi qiymətləndiriləcək.

Hadisə noyabrın 26-da Ağ Evin yaxınlığında baş verib. Atışma nəticəsində Milli Qvardiyanın iki əməkdaşı yaralanıb, şübhəli isə saxlanılıb. ABŞ prezidenti Donald Tramp onun ağır yaralandığını açıqlayıb.

Qeyd edək ki, Tramp insidentdən sonra şəhərə əlavə təhlükəsizlik tədbiri kimi daha 500 Milli Qvardiya əsgərinin göndərilməsini istəyib.

Jalə Rövşən 

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 All News