Ukrayna ilk dəfə bu silahları alacaq - Fransa dəstək olur

Ukrayna ilk dəfə bu silahları alacaq - Fransa dəstək olur
14.07.2026 18:21 Dünya

Fransa Ukraynaya hərbi dəstəyini genişləndirir. 

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Onun sözlərinə görə, Ukrayna Fransadan SCALP qanadlı raketləri və AASM idarəolunan aviasiya bombalarının istehsalı üçün lisenziyalar alacaq. İtaliya ilə birlikdə isə Aster 30 zenit raketlərinin birgə istehsalı həyata keçiriləcək.

Zelenski bildirib ki, Fransa Ukrayna və digər tərəfdaşlarla birlikdə FREYJA adlı ballistik raket əleyhinə müdafiə proqramı çərçivəsində də əməkdaşlıq edəcək.

Bundan əlavə, Ukrayna yeni nəsil Fransa–İtaliya istehsalı olan SAMP/T NG hava hücumundan müdafiə sistemlərini ilk alan ölkə olacaq. Fransa bu il Ukraynaya iki SAMP/T kompleksi təqdim edəcək, Fransa və İtaliya isə Aster 30 raketlərinin tədarükünü oktyabr ayına qədər sürətləndirəcək.

Zelenskinin sözlərinə görə, Ukrayna Hərbi Hava Qüvvələri üçün ilk mərhələdə 16 ədəd “Rafale” qırıcısının alınması planlaşdırılır. Bu il Ukrayna pilotları və texniki heyətinin Fransada hazırlığına başlanacaq, daha sonra isə ilk dörd “Rafale” qırıcısı Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcək.

Kübra Musayeva

NEWS FEED
14 JULY 2026
Ukrayna 4 il sonra Türkiyə ilə bağlı qərar imzaladı 19:31 İran Küveytə raket zərbəsi endirdi: Partlayış səsi İraqa qədər çatdı 20:04 ABŞ İranın su və elektrik infrastrukturunu hədəf aldı 19:54 Netanyahu İranı hədələdi: “Cavabımız daha güclü olacaq” 19:43 Tramp: “Hörmüz təkcə bir ölkə üçün bağlıdır” 19:37 Tramp fikrini dəyişdi: 20 faizlik rüsum nədir ki… 19:23 Sürücülərə ŞAD XƏBƏR: Bu yollarda təmir işləri bitdi 19:12 Gəncədə daha bir yas mərasimində kütləvi zəhərlənmə baş verdi 19:06 Hər kəs Trampın bu təkrar paylaşımından danışır - FOTO 18:54 150 min avroluq dələduzluqda şübhəli azərbaycanlı Monteneqroda saxlanıldı 18:48 Qarabağ separatçılarının apellyasiya prosesi davam edir 18:39 İran İordaniyaya raket zərbələri endirir - TƏCİLİ 18:30 Ukrayna ilk dəfə bu silahları alacaq - Fransa dəstək olur 18:21 Bu yollarda tıxac var - SİYAHI 18:09 Vaxt çatdı! - Almaniya Rusiya və Ukraynaya çağırış etdi 17:52 "Beşiktaş" Leandro Trossardın transferini açıqladı 17:43 Tehrandan Trampa sərt XƏBƏRDARLIQ: Cavabımız qətiyyətli olacaq! 17:30 Yəməndən Səudiyyəyə ağır hədə: Dünyanın ən böyük neft emalı mərkəzi hədəfdə 17:23 Azərbaycanlı cərrah alman naziri əməliyyat etdi, qarşılığında ölkəsinə 40 milyon dollarlıq yardım aldı 17:15 Yaponiyada "fəlakət ssenarisi" işə düşdü, xəstəxanalar dolur 17:09 Ermənilər İlqar Mirzəyevlə Polad Həşimovun nəşini götürmək istədilər - Əsgərlər sinələrini düşmən artilleriyasının qabağına verdilər 17:05 BMW-dən TƏCİLİ geri çağırma qərarı – Hər an yana bilərlər 16:39 Ermənistan sürətlə qocalır, kiçilir 16:50 "Netanyahuya səs verməyin!": Ərəb şərhçilərindən israilli seçicilərə müraciət 16:43 Azad edilmiş ərazilərdə qadınların məşğulluğu niyə geridə qalır? - AÇIQLAMA 16:37 All News