Tramp Venesuelada gizli hərbi əməliyyatlar keçirilməsinə icazə verdi

Tramp Venesuelada gizli hərbi əməliyyatlar keçirilməsinə icazə verdi
19.11.2025 11:42 Dünya

ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin Venesuelada gizli hərbi əməliyyatlar keçirməsinə icazə verib.

TodayPress TV xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Bildirilib ki, Tramp son vaxtlar gərginlik yaşadığı Venesuelaya qarşı mümkün hərbi əməliyyata hazırlıq üçün əlavə tədbirləri təsdiqləyib. Həmçinin Trampın Karakas administrasiyası ilə qeyri-rəsmi danışıqların yeni mərhələsini təsdiqlədiyi və bu danışıqlar zamanı Venesuela Prezidenti Nikolas Maduronun istefa edə biləcəyinə işarə etdiyi iddia edilib.

Xatırladaq ki, ABŞ prezidenti daha əvvəl imzaladığı sərəncam çərçivəsində Latın Amerikası narkotik kartelləri ilə mübarizə üçün ordudan istifadənin artırılması və daha effektiv istifadə edilməsi barədə göstəriş verib. Bu kontekstdə ABŞ avqustun sonlarında sualtı qayıqlar və döyüş gəmilərindən ibarət dəniz qüvvələrini Venesuela sahillərinə göndərib.

Buna cavab olaraq Venesuela prezidenti Maduro ölkədə 4,5 milyon milis qüvvəsini səfərbər etdiyini və istənilən hücumu dəf etməyə hazır olduğunu açıqlayıb.

ABŞ-nin Venesuela sahillərində narkotik qaçaqmalçılığı üçün müəyyən qayıqları hədəf almağa davam etməsi həm yerli hökumətin, həm də beynəlxalq ictimaiyyətin tənqidinə səbəb olub, bəziləri isə hücumların “beynəlxalq hüquqa zidd” olduğunu iddia edib.

Qeyd edək ki, ABŞ-nin “narkotik ticarəti ilə mübarizə” səbəbi ilə göndərdiyi dünyanın ən böyük təyyarə gəmisi "USS Gerald R. Ford" və hücum qrupunun Latın Amerikası bölgəsinə çatdığı bildirilib.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 All News