Tramp Türkiyədə “qızı” ilə görüşəcək? – Hazırlıqlar başladı, ilginc detallar bilindi/VİDEO
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə gedəcəyini təsdiqlədiyi gündən bəri məni bir şey düşündürür.
Məşhur bir fikir var axı – Bizə qulaq asırlar deyəsən. Sosial media platformalarını gəzirdim ki, gözümə elə Trampla bağlı fikirlərimin nəticəsi sataşdı.
Əminəm ki, bu, əksər adamın ağlına gəlib – Tramp Türkiyədəki “qızı” ilə görüşəcəkmi?
TodayPress TV Globalinfo.az-a istinadən xəbər verir ki, söhbət 54 yaşlı Türkiyə vətəndaşı Necla Özmendən gedir.
“Atası”nın NATO Zirvəsinə görə Ankaraya gələcəyini eşidən bu xanım yenidən media vasitəsilə Ağ Ev rəhbərinə səsləndi. Qarşıma çıxan da məhz bu kadrlar idi:
“Əziz ata, sənin üçün xüsusi bir otaq hazırlamışam. Evimə gəlsə, çox xoşbəxt olacam. Sənin üçün hər şeyi etməyə hazıram”.
Necla xanım qızğın hazırlıqlara başlayıb, əlinə sarı bezini alıb evini “gül kimi” edir, yatağının üzərinə “atası” ilə fotolarını düzür və sair. Hətta ABŞ səfirliyinə də müraciət edib ki, onu Trampla qovuşdursunlar.
Xoşbəxtlikdən, elə Ankarada yaşayan bu xanım Trampın Türkiyəyə səfəri zamanı onunla şəxsən danışmaq, onu narahat edən suallara cavab tapmaq, xüsusilə də, prezidentin onun mövcudluğundan xəbərdar olub-olmadığını öyrənmək istəyir.
Özmenin maraqlı hekayəsi də var. Xatırlatmaq yerinə düşər:
Deməli, Necla xanım doğuş zamanı körpəsini itirən bir cütlük tərəfindən övladlığa götürüldüyünü öyrənir, anası onun ögey olduğunu etiraf edir. Ardınca Necla əsl ailəsini axtarmağa başlayır. İşin ilginc hissəsi burada başlayır – öz anası hesab etdiyi Satı Özmen ögey qızına deyir ki, atası ABŞ Prezidenti Donald Trampdır. Görünür, Necla xanım Satı Özmenə güvənirmiş, ona görə də bioloji kimliyini müəyyən etmək üçün dediyinə görə, rəsmi orqanlara müraciət edir, hətta Ankara 27-ci Ailə Məhkəməsində atalıq iddiası qaldırır. O, məhkəməyə verdiyi ərizədə bioloji ailəsini müəyyən etmək üçün Trampdan DNT testi tələb edir.
Necla xanım iddia edir ki, doğumu haqqında bilgilər qəsdən gizlədilir. Deyir ki, bioloji anası xarici vətəndaşdır, illər əvvəl Donald Trampla nikahdankənar münasibət yaşayıb və nəticədə hamilə qalıb, bu müddət ərzində təzyiqə və təhdidə məruz qalıb, bu səbəbdən də Türkiyəyə gəlib, uşağını da burada dünyaya gətirib.
Özmen onu da deyib ki, rəsmi qeydlərdəki anası da eyni vaxtda hamilə olub, doğuş zamanı körpəsini itirib, bundan sonra türk ailə Neclanı ölən körpələrinin yerinə qeydiyyata alıb.
Öz aramızdır, gözəl film ssenarisidir…
Əsas film isə Trampın Neclaya “qovuşduğu gün” başlayacaq. Günlərdir, bir-birindən maraqlı trellerlər izləyirik. Ümid edirəm, qardaş ölkədə həmkarlarımız “qızı” ilə bağlı Trampa suallar ünvanlayacaqlar. Təmənnamız isə necə deyərlər, “HAPPY END”dir.