Tramp özünə varis seçir: İki şəxsin adı çəkilir

Tramp özünə varis seçir: İki şəxsin adı çəkilir
23.02.2026 13:30 Dünya

ABŞ Prezidenti Donald Tramp 2028-ci il prezident seçkiləri ərəfəsində Respublikaçılar Partiyasının mümkün namizədləri ilə bağlı müşavirləri ilə müzakirələri intensivləşdirib.

TodayPress TV  xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. 

Məlumata görə, Tramp partiyanın növbəti prezident seçkilərində namizədliyinə kimin rəhbərlik etməli olduğu məsələsini getdikcə daha tez-tez gündəmə gətirir. O, vitse-prezident J.D. Vens və milli təhlükəsizlik üzrə müşavir Marko Rubionu əsas namizədlər kimi qiymətləndirir.

Mənbələr bildirir ki, Tramp Vensi açıq şəkildə dəstəkləsə də, son vaxtlar həm ictimai çıxışlarında, həm də qapalı görüşlərdə Rubionu daha çox tərifləyir. Prezidentin yaxın ətrafından olan şəxslərdən biri Vens və Rubionu 2028-ci il seçkiləri üçün “ideal tandem” adlandırıb və Vensin əsas namizəd kimi irəli çıxacağını qeyd edib.

Qeyd olunur ki, J.D. Vensin artıq gələcək prezidentlik kampaniyası üçün siyasi məsləhətçilər komandası formalaşıb. Marko Rubionun isə hələlik belə bir kampaniya infrastrukturu yoxdur. Bununla belə, mənbələrin sözlərinə görə, Rubio Vensin mümkün namizədliyinə etiraz etmir və bu məsələni vitse-prezidentlə şəxsən müzakirə edib.

Tramp daha əvvəl Vensin vitse-prezident vəzifəsini tutmasını nəzərə alaraq, onun “çox güman ki” varisi ola biləcəyini bildirmişdi. Eyni zamanda, Rubionu da seçki bülletenində öz yanında görmək istədiyini vurğulamışdı.

Bununla yanaşı, müşavirlər qeyd edirlər ki, Tramp hələlik rəsmi varis müəyyənləşdirmək niyyətində deyil. O, komandasının diqqətini hazırkı idarəçilik məsələlərinə yönəltməsini və siyasi baxımdan zəif təsir bağışlamamasını istəyir.

Digər tərəfdən, üçüncü prezidentlik müddəti mövzusu da yenidən müzakirə olunur. ABŞ Konstitusiyasına əsasən, prezident iki dəfədən artıq seçilə bilməz. Lakin bəzi tərəfdarlar ardıcıl olmayan müddətlər halında üçüncü dəfə namizədliyə imkan verəcək dəyişikliklərin mümkünlüyünü irəli sürürlər. Mediaya görə, 22-ci düzəlişin məhdudiyyətlərini aşma yolları da nəzərdən keçirilir.

Bu arada, Ağ Evin keçmiş baş strateqi Stiv Bennon Trampın 2028-ci ildə də prezident olaraq qalacağını və bunun üçüncü müddət olacağını iddia edib. O, müxtəlif alternativlərin mövcud olduğunu və planın uyğun vaxtda açıqlanacağını bildirib.

“Politico”nun yazdığına görə isə Trampın müttəfiqləri konstitusiya məhdudiyyətlərinə baxmayaraq, üçüncü müddət ehtimalını dəfələrlə gündəmə gətiriblər. Bu çərçivədə həm konstitusiya düzəlişinin ləğvi, həm də vitse-prezidentliyə namizəd olub sonradan prezident vəzifəsinə keçmək kimi variantlar müzakirə olunur.

Jalə Rövşən 

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 All News