Tramp Ağ Evdə keçmiş prezidentləri lağa qoydu

Tramp Ağ Evdə keçmiş prezidentləri lağa qoydu
18.12.2025 10:07 Dünya

Ağ Evdə keçmiş ABŞ prezidentlərinə aid lövhələr yenilənib.

TodayPress TV “The Guardian”a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə yerləşən “Prezident Şöhrət Xiyabanı”nda bəzi keçmiş liderlərin portretlərinin altına tənqidi və istehzalı başlıqlar əlavə edib.

Məlumata görə, Cozef Baydenə aid lövhədə onun “ABŞ tarixinin ən pis prezidenti” olduğu, “zehni geriləmə” yaşadığı və “radikal solçu dairələrə xidmət etdiyi” kimi ifadələr yer alıb. Barak Obamanın portreti altında isə onun “Amerika tarixinin ən mübahisəli siyasi fiqurlarından biri” olduğu qeyd edilib. Bill Klintonla bağlı lövhədə isə Trampın 2016-cı il seçkilərində Hillari Klintonu məğlub etməsinə istinad edilib.

Eyni zamanda, “Prezident Şöhrət Xiyabanı”nda Trampın özünə aid iki portret də yerləşdirilib və onların altında birinci və ikinci prezidentlik dövrlərinin başlanğıcındakı nailiyyətlər vurğulanıb.

Qeyd olunur ki, Tramp daha əvvəl də sələflərini açıq şəkildə tənqid edib, Cozef Baydeni Ukraynaya maliyyə dəstəyinə görə sərt ifadələrlə hədəf alıb. Obama haqqında isə onu şəxsən “yaxşı centlmen” adlandırsa da, iqtisadi siyasəti ilə razılaşmadığını bildirib.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 All News