Ermənistan parlamenti çevrilişlərlə bağlı layihəni müzakirə edəcək

Ermənistan parlamenti çevrilişlərlə bağlı layihəni müzakirə edəcək
03.07.2025 16:12 Dünya

Ermənistan parlamenti iyulun 1-də keçirilən növbədənkənar sessiyadan dərhal sonra yeni növbədənkənar iclas keçirməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan və "Mülki müqavilə" fraksiyasının rəhbəri Hayk Konjoryan məlumat verib.

Yeni iclasın gündəliyidə əsas məsələ "Hakimiyyətin zorakı yolla ələ keçirilməsinin yolverilməzliyi və demokratiyanın qorunması haqqında" bəyanatın müzakirəsi olacaq. Bəyanat hakim "Mülki müqavilə" fraksiyası tərəfindən hazırlanıb.

Sənəddə ölkədə hakimiyyətin zorakılıq yolu ilə ələ keçirilməsinə hazırlıq kəskin şəkildə pislənilir və bütün siyasi qüvvələr bu cəhdləri açıq şəkildə qınamağa çağırılır. Eyni zamanda bəzi keçmiş siyasi liderlər "terrorçuluğu dəstəkləməkdə" ittiham olunur və onların məsuliyyət daşıdığı vurğulanır.

Bəyanatda, həmçinin, Erməni Apostol Kilsəsinin dövlətə qarşı "hibrid müharibə"yə cəlb olunması cəhdləri qəbuledilməz adlandırılır.

Parlamentdə təmsil olunan müxalif "Hayastan" və "Mən Şərəf Var" fraksiyaları isə iclasda iştirakdan imtina ediblər. "Hayastan" fraksiyasının katibi Artsvik Minasyan bəyan edib ki, bu sənəd istintaq orqanlarının işinə müdaxilədir və xüsusilə “Müqəddəs Mübarizə” hərəkatı fəalları ilə bağlı araşdırmalara siyasi təsir məqsədi daşıyır.

Xatırladaq ki, “Müqəddəs Mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan və bir neçə tərəfdarı iyunun 25-də saxlanılıb. Ermənistan İstintaq Komitəsi onların hakimiyyətin silahlı yolla ələ keçirilməsinə cəhd, terror aktları və kütləvi iğtişaşlar hazırlamaqda ittiham olunduğunu açıqlayıb.

Ermənistan Baş naziri Nikol Paşinyan istintaqın nəticələrini şərh edərkən bildirib ki, hüquq-mühafizə orqanları ölkədə “kriminal-oliqarx-klerikal” plan əsasında hazırlanan çevrilişin qarşısını alıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 AVQUST 2026
"Liverpul" "Barselona"nın ulduzunu istəyir! 01:39 Almaniya sahillərində TƏHLÜKƏLİ MƏNZƏRƏ: Dənizi zəhərli yosunlar bürüdü 01:42 Rusiya və Suriya arasında birbaşa uçuşlar bərpa edilir 01:45 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 290-ı KEÇDİ! 01:35 19 yaşlı üzgüçü dünya rekordunu yenilədi! 00:54 "Hizbullah"dan Livana XƏBƏRDARLIQ: İsraillə danışıqları dayandırın! 01:04 Fransa yanır, Makron istirahət edir: Prezidentə qarşı etirazlar artdı! 00:47 Türkiyədə yenə PUA TAPILDI! – Bir sutkada üçüncü hadisə 01:14 Yaponiyada 5,4 maqnitudalı zəlzələ baş verdi 01:08 "İranın hava məkanına yaxın ərazidə dövrə vururlar" – Fars körfəzindəki son vəziyyət AÇIQLANDI 00:43 Mərakeş polisi Seutada yüzlərlə miqranta qarşı güc tətbiq edir 00:24 Qətər İranlı pilotların saxlanılması barədə iddiaları RƏDD ETDİ 23:56 Tramp administrasiyası "Apple"ın Çin yaddaşından istifadəsinə qarşı çıxdı 23:41 Husilərin hücumundan sonra Yəmən ordusu hərəkətə keçdi - VİDEO 23:23 Sərnişinlərin NƏZƏRİNƏ!: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi 23:12 Rusiya bir gündə 180 Ukrayna PUA-sını vurdu 22:59 Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub etdi 22:51 ABŞ Azərbaycana tətbiq edilən 907-ci düzəlişlə bağlı qərarını uzadır? 22:37 Türkiyədən Livana 15,6 tonluq tibbi yardım 22:26 Zelenskinin "Patriot" çağırışları çarəsizlik əlaməti kimi qiymətləndirildi 22:18 Trampın İran siyasəti Körfəzi ayağa qaldırdı: ABŞ müttəfiqləri narazıdır! 22:05 İran ABŞ-ni Dostoyevski ilə “vurdu” 21:48 Taliban ABŞ-yə ilk addımı atdı: “Kabula qayıdın” 21:33 Azərbaycandan İndoneziyaya başsağlığı: “Yanınızdayıq!” 21:13 Ərdoğan Trampın F-35 sözünü tutmasını gözləyir 21:03 Bütün Xəbərlər